45 il sonra ailəsi ilə qovuşdu

10:33 17-11-2021 | icon 371 | Maraqlı
45 il sonra ailəsi ilə qovuşdu

ABŞ-da Vermont şəhərində yaşayan Denis Makkarti ailəsi onu itirdikdən 45 il sonra Cənubi Koreyadakı bioloji ailəsinə qovuşub.

 

Bildirilir ki, 47 yaşlı qadın bütün həyatı boyu onu uşaq ikən atdıqlarını düşünüb. Lakin məlum olub ki, o, bazarda insanların arasında itib, həmin vaxtdan bəri bioloji ailəsi onu tapmaq cəhdindən əl çəkməyib. Denis isə hüquq mühafizə orqanları tərəfindən tapıldıqdan sonra uşaq evinə aparılıb, oradan da ABŞ-dan olan bir ailə onu övladlığa götürüb.

 

2016-cı ildə Cənubi Koreyaya səfəri zamanı o, DNT testindən keçib. Bunun sayəsində bir il əvvəl bioloji ailəsi ilə əlaqə qura bilib: qadın qohumları, o cümlədən anası, əkiz bacısı və böyük qardaşı ilə videokonfrans keçirib. Bu il isə o, qohumları ilə şəxsən görüşmək üçün onların ölkəsinə gedib.

 

12 günlük səfərləri zamanı yenidən birləşən ailə Makkartinin vaxtilə itdiyi bazarı gəzib.

“Əkiz bacım və anamla əl-ələ tutmağımız həqiqətən simvolik idi. Çünki məhz burada biz bir-birimizi itirmişdik. Hiss etdim ki, bu (əl-ələ tutuşmağımız) anama bir qədər rahatlıq verdi”, - deyə qadın hisslərini bölüşüb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı