"Yandex"də erməni təxribatı

21:09 29-11-2018 | icon 478 | Gündəm
"Yandex"də erməni təxribatı

 

Rusiyaya məxsus "Yandex.ru" axtarış sistemində Azərbaycanla bağlı dezinformasiya Diasporla İş üzrə Dövlət Komitəsinin məsələyə müdaxiləsilə proqramdan çıxarılıb.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinə məlumat daxil olan kimi Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına təxribatın qarşısının alınması məqsədilə müəyyən tövsiyələr verilib.

 

Məsələ ilə əlaqədar “Moskvanın Azərbaycan İcması” təşkilatının sədri Şamil Tağıyev sosial şəbəkə vasitəsilə soydaşlarımıza Yandex rəhbərliyinə müraciət ünvanlamalarını xahiş edib. Diaspor təşkilatlarının və ümumilikdə soydaşlarımızın kəskin etirazları nəticəsində sistemdə yerləşdirilmiş Azərbaycan haqqında dezinformasiya proqramdan çıxarılıb.

 

Qeyd edək ki, sistemin smartfonlar üçün hazırladığı səsli proqramda Azərbaycan haqqında sorğuya yanlış məlumat yerləşdirilmişdi. Məlumatda Azərbaycan Respublikası ləzgi, gürcü və erməni torpaqlarında yaradılan qondarma dövlət kimi təqdim olunurdu.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin