Ölkənin adı SƏHV YAZILDI

13:05 17-11-2021 | icon 760 | Təhsil
Ölkənin adı SƏHV YAZILDI

Gədəbəy rayonu, Qoşabulaq kənd məktəbindəki lövhədə ölkənin adı səhv yazılıb. 

 

Bu barədə foto sosial şəbəkədə paylaşılıb. 

 

Belə ki, rayonun Qoşabulaq kənd məktəbinin girişində asılan lövhədə Azərbaycan sözündə kobud səhvə yol verilib və “Azərbacan” kimi yazılıb.

 

Sosial şəbəkə istifadəçiləri ölkənin adının səhv yazıldığı lövhənin o şəkildə divara vurulması ilə bağlı ciddi müzakirə ediblər.

 

Eyni zamanda yazılış qaydalarına əsasən məktəb adlandırılan zaman şəxsin adı soyaddan öncə gəlməlidir.

 

Təhsil Nazirliyindən Oxu.Az-a bildirilib ki, sözügedən foto Gədəbəy rayonu Qoşabulaq kəndi R.İsmayılov adına 2 saylı  tam orta məktəbdə çəkilib. Məktəbin lövhəsində texniki olaraq səhv yazılmış “Azərbaycan” sözü düzəldilib və həmin lövhə yenisi ilə əvəz edilib.

 

Səhvin düzəldilməsi və yeni lövhənin vurulması ilə bağlı fotonun redaksiyamıza göndərilməsini xahiş etsək də, müraciətimizə cavab gəlmədi. Ümid edirik ki, səhv həqiqətən də düzəldilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...