Ən çox baxılan filmlərin və serialların olduğu yeni SAYT

08:40 18-11-2021 | icon 414 | Film
Ən çox baxılan filmlərin və serialların olduğu yeni SAYT

“Netflix” striminq xidməti, platformasında ən çox baxılan filmlərin və serialların sıralandığı top10.netflix.com-u istifadəyə verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

 

Hər siyahıda on mövqe var. Onlar dörd əsas kateqoriyanı əhatə edir - ingilisdilli filmlər, ingilisdilli seriallar, xarici dillərdə filmlər və xarici dillərdə seriallar. Eyni zamanda, xidmətin fəaliyyət göstərdiyi 90 ölkənin hər biri üçün müvafiq siyahıları görmək mümkündür.

 

Şirkət siyahıları həftənin çərşənbə axşamı günləri yeniləmək niyyətindədir. Hazırda son həftələrdə xidmətin hansı filmlərinin və seriallarının ən populyar olduğunu görmək mümkündür.

 

Bundan əlavə, saytda xidmətin bütün tarixində ən populyar filmlərin və serialların siyahıları var. Xidmətdə yerləşdirmənin ilk dörd həftəsi ərzində onların ümumi baxış vaxtı da əsas götürülür.

 

Ən populyar ingilisdilli filmlərin siyahısına “Bird Box” (2018), “Bridgerton” serialının (2020) ilk sezonu başçılıq edir.

Xarici dillərdə çəkilən filmlər arasında Almaniya istehsalı “Blood Red Sky” (2021) öndə gedir, seriallar arasında ən populyarı “Squid Game”dir (2021).

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI