Ermənilər hücum etsin, əsir düşsün, bizdə onları xahişlə qaytaraq?

10:33 18-11-2021 | icon 649 | Qarabağ
Ermənilər hücum etsin, əsir düşsün, bizdə onları xahişlə qaytaraq?

Rusiya müdafiə naziri sülhməramlı kontingentinin ilk komandanını məzuniyyətdən geri çağırıb, erməni mediası yazır ki, general Azərbaycan tərəfi ilə danışacaq

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu təcili olaraq sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovu məzuniyyətdən geri çağırıb.

 

Versus.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” nəşri yazıb. Məlumata əsasən, R.Muradov Ermənistana gedəcək, daha sonra Azərbaycan tərəfi ilə şəxsən danışıqlar aparacaq. Generalın məzuniyyəti dekabrın 5-i bitməli idi. Muradovun təcili şəkildə çağırılması ondan xəbər verir ki, bu vəziyyətdə yalnız o danışıqlar apara bilər. Güman edilir ki, danışıqların mövzusu döyüş nəticəsində həlak olan və saxlanılanlara aid olacaq. 

 

Azərbaycan hərbçiləri tərəfindən noyabrın 16-da əsir götürülmüş erməni terrorçuları var. Ehtimala görə, Rusiya bu dəfə də əsirlərin Ermənistana verilməsini xahiş edə bilər. Ancaq bir neçə gün əvvəl Laçında mühasirəyə düşən 60 erməni hərbçinin sülhməramlının xahişini nəzərə alaraq, geri qayıtmasına şərait yaratmışdıq. Bu dəfə isə erməni tərəfi xain hücum edib, 7 şəhidimiz var və onların ələ keçən əsirlərini Kremlin xahişi, Muradovun vasitəçiliyi ilə geri qaytarmaq elə asan olmamalıdır. Ən azından rəsmi Bakı ciddi şərtlər irəli sürməli, güzəştlər qoparmalıdır. Ümumiyyətlə, onlar mühakimə ediləcəklərmi? Bu əsirlər barəsində hansı maddələrlə cinayət işi açıla bilər?

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirib ki, erməni əsirlər Ermənistana belə rahatlıqla təhvil verilməməlidir. Onun fikrincə, erməni hərbçilər cinayət məsuliyyətinə cəlb oluna bilər. “Biz 7 şəhid vermişik. Sergey Şoyqu və Rüstəm Muradov utanmalıdır ki, bu faciə ailələrin başına gətirildi. Ona görə əsirlər verilməməlidir. Ümumiyyətlə, bizim də günahımız var, bəzi məsələlərdə sərtlik və tələbkarlıq göstərməmişik”, - deyə polkovnik vurğuladı. 

Ü.Cəfərov hesab edir ki, R.Muradov cinayət məsuliyyəti daşıyır, çünki sülhməramlılar terrorçu Mirzoyanı bizə yox, erməni tərəfə qaytardı: “İndi hansı haqla bizdən erməni əsirləri tələb edəcəklər? Eləcə də Şoyqu 44 günlük müharibədə Ermənistana verilmiş və Şuşada qalıqları aşkarlanmış ”İsgəndər - M" raketlərinin izahatını verməlidir. Odur ki, nə qədər boşluğa yol verəcəyik, o qədər itkilərimiz olacaq. Bu hadisələri qızışdıranlar oldu, 7 evin ocağı söndü, halbuki bu qarşıdurmaya ehtiyac yox idi. Ona görə Muradov kimilərin cavabının verilməsinin vaxtı çatıb".

Ramiyə Məmmədova: “Danışıqların nəticəsi bir müdət sonra bəlli olacaq”

 

Siyasi şərhçi Ramiyə Məmmədova erməni əsirlərin qaytarılmasını istisna etmir. Onun sözlərinə görə, Azərbaycan onları elə-belə təhvil verməyəcək, danışıqlar predmeti olmalıdır. Təhlilçi güman edir ki, əsirlərin qaytarılması zaman ala bilər, bu halda Paşinyana daxildən təzyiqlər güclənəcək. 

 

"Azərbaycan heç bir zərurət olmadığı halda atəşkəsi pozan erməni silahlılarına güzəşt etməməlidir. Faktiki 7 şəhidimiz var və onlar Muradovu qucaqlayıb asanlıqla İrəvana qayıda bilməzlər. Bu, Bakı üçün də ciddi tənqid mövzusu ola bilər. Amma danışıqların hansısa mərhələsində erməni əsirlərin təhvil verilməsi baş tuta bilər. Ancaq Azərbaycan əvəzində Ermənistandan istəklərini qoparmalı, diktə etməli və üçtərəfli sazişlə bağlı icra edilməyən bəndləri yerinə yetirməsi tələbini bir daha masaya qoymalıdır”.

Onu da deyək ki, son döyüşlərdə 20-dən çox erməni hərbçinin məhv edildiyi, daha 13 hərbçinin əsir düşdüyü, 40-dan çox erməninin yaralandığı bildirilir. Habelə döyüşlər nəticəsində ermənilərin iki postu Azərbaycan Ordusunun nəzarətinə keçib. Hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə “situasiyanın nizamlanması və əsir əsgərlərin qaytarılması” barədə danışıqlar gedir. Lakin erməni mediası və siyasət adamları itkilərin çox olduğunu vurğulayırlar.

 

Sevda

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin