Vaxtından əvvəl pensiyaya çıxmaq mümkün ola bilər

13:19 18-11-2021 | icon 522 | İqtisadiyyat
Vaxtından əvvəl pensiyaya çıxmaq mümkün ola bilər

Vüqar Bayramov: "Bu halda yığım 144-ə yox, 204-ə bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər"

 

Azərbaycanda pensiya yaşı tamam olmadan pensiyaya çıxmaq imkanı reallaşa bilər.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov büdcə müzakirələri zamanı vətəndaşlara vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsi barədə təklif irəli sürüb.

 

Millət vəkili bildirib ki, bir sıra hallarda vətəndaşlar kifayət qədər yüksək əməkhaqqı olan sektorda çalışır və nisbətən böyük pensiya kapitalına malik olur, lakin pensiya kapitalından istifadə etmək üçün pensiya yaşını (hazırda kişilər üçün 65, qadınlar üçün 62 il 6 ay) gözləmək məcburiyyətində qalır:

 

“Beynəlxalq praktikada pensiya yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları var. Bəzi ölkələrdə bu pensiya kapitalına bağlanır. Orta pensiya kapitalından çox yığımları olanlar artıq vəsaitini öncədən almaq hüququna malik olurlar və bu zaman ekstra (artıq) yığılmış vəsait aylar üzrə hesablanmaqla vətəndaşa qaytarılır. 

Digər metod isə pensiyada olan ayların sayının azaldılması və artırılması ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı artıq müzakirələr aparılır. Bu daha çox minimum pensiya kapitalı yığmış vətəndaşlara tətbiq edilə bilər.

Mövcud qaydalara əsasən, 144 ay orta pensiya müddəti kimi götürülür. Yəni 12 il x 12 ay = 144 ay. Amma əgər təklif qəbul olunarsa o zaman vətəndaş 65 yox, 60 yaşda pensiyaya çıxmaq istəyirsə, 144 deyil, bu halda həmin beş il üçün nəzərdə tutulan 144-ün üzərinə (5x12) 60 ay gələcək. Yığılmış pensiya kapitalı 204 aya bölünəcək. Bu imkan verə bilər ki, vətəndaş 5 il tez, yəni 60 yaşında pensiyaya çıxsın. Amma bu halda yığım 144-ə yox, 204-ə bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər”.

 

Vüqar Bayramov qeyd edib ki, büdcə müzakirələri zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu prosesin davam etdiriləcəyini bəyan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı