“Tədbirlər Vüqar Səfərlinin nəzarətində olurdu”

14:52 18-11-2021 | icon 368 | Hadisə
“Tədbirlər Vüqar Səfərlinin nəzarətində olurdu”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Versus.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ş.İbrahimov dindirilib.

 

Bildirib ki, inzibatçı kimi çalışdığı “Altun” restoranında KİVDF-nin iki tədbiri təşkil edilib:

 

“Restoranda 350-400 nəfərlik tədbirin keçirilməsi bizə tapşırıldı. Stolun biri 60 manatdan hesablanırdı. Dövlət tədbiri olduğu üçün Vüqar Səfərlinin nəzarətində olurdu. Mərasimdən sonra 15-20 nəfərlik yığıncaq olurdu. Tədbirin görünməyən tərəfində 80-100 nəfərlik stol açılırdı. Müğənnilərin və aparıcının gətirilməsi məsələsini isə onlara həvalə edirdik. Onlar tərəfindən hesabımıza daxil olan pulu götürmək səlahiyyətim yox idi”.

 

Daha sonra digər təqsirləndirilən B.Fətullayev deyib ki, 2019-cu ildə “Xəmsə” restoranında icarədar işləyib: “Tədbirlərlə bağlı tender elan edilməsini eşitdik. Elektron qaydada ərizə tərtib olundu və iştirak etmək üçün müraciət etdik. Tenderdə iştirak üçün pul ödəmişəm. Bizim mühasibatlıqda müqavilə imzalandı. Müqavilədə göstərilən bütün qaydaları lazımi qaydada yerinə yetirmişik. Mənə qarşı irəli sürülən ittihamda göstərilir ki, Təhminə Yaqubova və Vüqar Səfərlidən guya tədbirdən sonra nağd şəkildə ödəniş almışam. Bu ittihamı qəbul etmirəm. Orada qonaqlar var idi ki, menyuda olmayan yemək və içkilər sifariş edirdi, təbii ki, bunun da hesaba təsiri var idi. Mərasimdən öncə və ya sonra mənim Vüqar müəllimlə heç bir ünsiyyətim və sövdələşməm olmayıb”.

 

Proses noyabrın 23-də davam etdiriləcək.

 

Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

 

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb. /report/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”