EMİN: Reputasiya Xəzər sahilində mənzil verir

15:59 18-11-2021 | icon 529 | Şou-biznes
EMİN: Reputasiya Xəzər sahilində mənzil verir

Dekabrın 25-də Sea Breeze Event Hall-da Azərbaycanda keçiriləcək konserti ərəfəsində EMIN ən son xəbərləri və möhtəşəm layihələri paylaşır.

 

Versus.Az xəbər verir ki, gələn il yulun 23-dən 27-dək Bakının və ölkənin digər şəhərlərinin sakinləri çoxdan gözlənilən “ZHARA” musiqi festivalına gəlmək, həm də Sea Breeze Resort-da mənzil sahibi olmaq imkanı qazanıblar.

 

Bu yaxınlarda musiqiçi və biznesmen sosial şəbəkələrdə mənzil bağışladığını elan etdi. Dekabrın 10-da Moskvada Crocus City Hall-da keçiriləcək “Reputasiya” təhsil biznes forumunun istənilən iştirakçısı Xəzər sahilində 50 kvadratmetrlik mənzilin sahibi ola bilər. Aksiyada hətta “onlayn” kateqoriyalı bilet alan digər ölkələrin sakinləri və istənilən kateqoriyadan alan və Foruma gələcək hər kəs iştirak edə bilər. Qalib həmin gün canlı yayımda elan olunacaq. "Biz qərara gəldik ki, bu möhtəşəm olmalıdır. Və bu gün Reputasiyanın hər bir iştirakçısı müxtəlif sahələrdən olan həqiqi peşəkarlardan və görkəmli şəxsiyyətlərdən nəinki real biliklər, həm də dəniz sahilində mənzil sahibi olmaq imkanı əldə edəcək”, – Emin deyir.

 

Reputasiya yeni biznes mühiti və unikal şəbəkə yaratmağa yönəlmiş ilk təhsil biznes forumudur.

Çıxış edənlər arasında: Araz Ağalarov, Emin Ağalarov, Aysel Trudel, Bəxtiyar Əliyev, Dmitri Roqozin, Arkadi Novikov və müxtəlif sahələrdən olan digər görkəmli şəxslər olacaq. Həmtəsisçilər Emin Ağalarov, Anna Russka və Andrey Burqartdır.

Forumun keçirilməsinin məqsədi gənc nəslin və işgüzar olmaq istəyən gənclərin öz bizneslərinin inkişafı üçün istiqamət və strategiya seçməkdə, sahibkarların, aparıcı yerli və dünya şirkətlərinin nümayəndələrinin uğur və nailiyyətlərindən ruhlanmaqda kömək etməkdir. Bütün ətraflı məlumatı https://www.reputationbusinessforum.ru saytında izləmək olar.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI