“Bütün bunların nəticəsi olaraq bu gün prezident xanım Salomedir”

22:41 29-11-2018 | icon 1097 | Siyasət
“Bütün bunların nəticəsi olaraq bu gün prezident xanım Salomedir”

 

Fuad Əliyev: “Rusiya Saakaşvili dövründən sonra öz mövqelərini bir daha gücləndirmək fürsəti qazandı”

 

 

ALDP sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi

 

- Fuad bəy, Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələrini necə təhlil edərdinniz?

 

- Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri şəxsən mənim üçün gözlənilməz olmadı. Çünki son illərdə Rusiyanın regionda güclənməsi, xüsusilə Gürcüstanın özünün maraqlarının güclənməsinin nəticəsi olaraq xanım Salome prezident seçildi. Digər tərəfdən, Saakaşvilinin özü də seçkilərdə aktiv olmadı və maraqsız görsəndi. Onun sonuncu bəyanatı bu oldu ki, “Mənim Gürcüstana ümumiyyətlə qayıtmaq fikrim yoxdur”. Bu da sözsüz ki, onun tərəfdarlarını ruhdan saldı və onlar seçkinin sonuncu mərhələsində çox da aktiv olmadılar. Nəticədə də digər müxalif qüvvələri birləşdirə bilmədilər. Bütün bunların nəticəsi olaraq bu gün Gürcüstanın prezidenti xanım Salomedir. Hesab edirəm ki, parlamentdə də dəyişikliklər olacaq.

 

- Bu gün Salome Zurabişvilinin prezident seçilməsi ilə Gürcüstanın Ermənistana dəstək verəcəyi fikirləri ortaya atılır. Eyni zamanda da seçkidə Rusiyanın qalibliyi önə çəkilir. Buna yanaşmanız necə olacaq?

 

- Mən hesab etmirəm ki, Salome seçildikdən sonra Azərbaycanla bağlı maraqları üst-üstə düşməyən hansısa müsbət, yaxud mənfi siyasət aparacaq. Yəni onun ermənipərəst olması, yaxud Fransadan vətəndaşlığının olması Gürcüstan üçün ciddi bir dəyişikliyə səbəb olmayacaq. Salomenin prezident seçilməsi ilə hansısa məsələlərdə Gürcüstanın Ermənistana dəstək verəcəyi ilə bağlı yanlış fikirlər səsləndirilir. Birincisi, Gürcüstanda parlament respublikasıdır və prezident həlledici funksiya daşımır. Yəni ki, onu bir monarx kimi seçirlər və onun dövlətin siyasi kursuna çox da əlaqəsi olmur. Əsas Parlament və Baş nazir siyasi kursu istiqamətləndirir. Təbii ki, o, Azərbaycana yaxşılıq edib, mübahisəli olan məşhur “Gəncə qapıları”nı tarixi abidə kimi bizə qaytarmayacaq və mənfi də nəsə olmayacaq. Onu da düşünmürəm ki, Fransa vətəndaşı olduğu üçün onun sayəsində Fransanın mövqeləri Gürcüstanda güclənəcək.

 

- Doğrudanmı seçkilərin nəticələri Rusiya ilə Qərbin region münasibətlərində heç bir təsirini göstərməyəcək?

 

- Qeyd etdiyim kimi, Gürcüstanda daha çox Rusiyanın mövqeləri güclənib. Bir daha sübut olundu ki, Rusiya Saakaşvili dövründən sonra öz mövqelərini bir daha gücləndirmək fürsəti qazandı. Bunun da yenə Azərbaycana hansısa müsbət-mənfi təsirini görmürəm.

Qərbin son 2-3 il ərzində öz mövqelərini itirməsi məsələsi də gündəmdədir. Mən deyərdim ki, təkcə bizim regionda yox, ümumiyyətlə dünyada. Məsələn, Suriyanı misal çəkmək olar, Avropa, Yunanıstan və Bolqariyada daha çox rusiyameyilli qüvvələrin hakimiyyətə gəlməsi Trampın pezidentliyi dövründə baş verir. O, inaqruasiya günündə demişdi ki, biz artıq dünyaya yox, öz daxilimizə diqqəti artıracağıq, iqtisadiyyatımızı artıracağıq, demokratiyanı artıq digər ölkələrə gətirmiyəcəyik və sair. Həmin bəyanatdan sonra ABŞ-ın mövqeyi dünyada zəiflədi, Rusiyanın isə güclənməsi prosesi başladı. Putinin inaqurasiyasından sonra bu, özünü daha aydın göstərdi.

Bu gün Saakaşvilinin də çox da aktiv olmaması, tərəfdarlarına mesajların düzgün verilməməsi nəticəsində Gürcüstanda Qərb yönümlü yox, daha çox Rusiya meyilli bir namizəd qalib gəldi.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI