“Bu, Rusiya sülhməramlılarının fəaliyyətinə xələl gətirən amillərdir”

11:50 19-11-2021 | icon 451 | Müharibə
“Bu, Rusiya sülhməramlılarının fəaliyyətinə xələl gətirən amillərdir”

Şair Ramaldanov: “Adekvat cavab verməklə ermənini yavaş-yavaş başa salırıq”

 

Üçtərəfli atəşkəs sazişinin 1-ci il dönümündə Rusiyanın vasitəçiliyi ilə Ermənistanın sülhə gələcəyi, sərhədlərin delimitasiya və demorkasiyası ilə bağlı masaya oturdulacağı və erməni suilahlılarınn regiondan çıxarılacağı ilə bağl ehtimallar səslənsə də, erməni silahlılarının hərbi təxribatları ilə regionda yeni mənzərə yaranıb. Artıq iddia olunur ki, hərbi toqquşmalar genişlənə bilər. Üstəlik, erməni terrorçusunun Azərbaycana təhvil verilməsi və əsirlərlə bağlı səslənən mülahizələr regiondakı hərbi aktivliyi artırıb.

 

Region 3-cü hərbi savaşdan yan keçə biləcəkmi? Azərbaycan hərbçiləri tərəfindən noyabrın 16-da əsir götürülmüş erməni terrorçuları, 60 erməni hərbçinin sülhməramlının xahişini nəzərə alaraq geri qayıtması təcrübəsi təkrarlana bilərmi?

 

Hərbi ekspert Şair Ramaldanov bildirib ki, sərhəddə və Qarabağda təxribatları törədən erməni silahlılarının başı Azərbaycanın “Dəmir Yumruğ”u ilə əzilib.

 

Ekspert bildirib ki, əgər erməni hərbçilər Ermənistana təhvil verilmədən Bakıya gətirilibsə, deməli müəyyən bir proses və şərtlər olacaq:

 

“Bu məsələnin həllini aidiyyatı qurumlara həvalə etsək daha yaxşı olar. Ona görə ki, daha dəqiq məlumat bazasına həmin qurumlar malikdir. Əsirlərin qaytarılıb qaytarılmayacağına da məhz Azərbaycan dövləti qərar verir. Biz Azərbaycan dövləti, başda Ali Baş Komandan olmaqla cənab İlham Əliyevin qərarlarına necə hörmətlə yanaşırdıqsa, əsirlərlə bağlı verəcəyi qərara da o cür yanaşmalıyıq. Əgər bu addım əsirlərin qaytarılması ilə bağlı olcaqsa, deməli buna əsası və səbəblər var”.

 

Ş.Ramaldanov qeyd edib ki, sərhəddə və Qarabağda belə təxribatların baş verməsi gözlənilən idi:

 

“Sülh müqaviləsi bağlanmayıb. Erməni tərəfi bizim sərhədləri, ərazi bütövlüyümüzü qəbul etmir. Əlbəttə əgər Azərbaycan əsgəri əlisilahlı səngərdədirsə, deməli orda təxribat ola bilər.  Biz zəfərimizi qorumalıyıq, əgər zəfəri qoruya bilmiriksə, onu qazanmağa da dəyməz. Hər an Ermənistandan təxribatlar gözləmək lazımdır. Görülən tədbirlər də onu göstərdi ki, uduzan tərəf yenə də Ermənistan oldu. Azərbaycanın zəfərini həzm etməyən qüvvələr Kəlbəcər, Qaragöl, Tovuz, Şuşada belə təxribatlar törətdi. Bunlar hamsısı bir mərkəzdən idarə olunan əvvəlcədən planlaşdırılan təxribatlardır”.

 

Ş.Ramaldanovun fikrincə, Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlərdə “Dəmir yumruq yerində”, “Azərbaycan öz torpaqlarını qoruyacaq, ona göz tikənlərin başı əziləcək” deyərkən bu ismarıcı qarşı tərəfdə təxribat törətmək istəyən qüvvələrə yönəltmişdi:

 

“Cənab Prezidentin tapşırığından irəli gələrərk Sərhəd qoşunları, Dövlət Təhlükəsizlik xidməti, Müdafiə Nazirliyi yerlərdə  qoylan tapşırıqları icra elədi və hazırda işlələrini görürlər”.

 

Ş.Ramaldanov sosial şəbəkələrdə yaranmış vəziyyətlə bağlı aparılan müzakirələr kontekstində artıq “erməni hərbi əsirlərin nazı ilə çox oynamamalıyıq, Azərbaycan qanunları ilə cəzalandırılmalıdır” çağırışları ilə erməni cinayətkarlara qarşı səslənən hiddətlə bağlı birmənalı mövqe sərgiləyib. Bildirib ki, Azərbaycan heç də ermənilərin nazı ilə oynamır, oynamayacaq da. Onun sözlərinə görə, əgər atəş açan mövqelər susdurulursa, məhv edilirsə, deməli onların nazı ilə oynamırıq:

 

“Biz düşmənlə üz-üzəyik. Buna baxmayaraq, erməninin beyninə sala bilmirik ki, sən bu təxribatı törətmə. Amma ona adekvat cavab verməklə, yavaş-yavaş başa salırıq. Azərbaycan dəmir yumruğunu gösətir, qəti addımlar atır, sərhəddimizi qoruyuruq”.

 

Sülhməramlıların yerləşdiyi ərazidə Şuşada terror aktının törədilməsinin baş verməsinə gəlincə, Ş.Ramaldanov hesab edir ki, bu, erməni və digər revanşist qüvvələrin bəzi boşluqlardan istifadə edərək Azərbaycan-Rusiya dostluq münasibətlərinə söyuqluq gətirmək, KTMT-nın üzvlərinin regiona daşınması üçün erməni hiyləsidir:

 

“Bizim sülhməramlı qüvvələrə bu fonda suallarımız var. Rusiya sülhməramlı qüvvələri müəyyən adekvat addımlar atmalıdırlar. Bu təxribat əslində Rusiyaya qarşıdır. Bu, Rusiya sülhməramlılarının fəaliyyətinə xələl gətirən amillərdir. Beynəlxalq aləmdə Rusiyanın sülhməramlı missiyanı yerinə yetirə biməməyindən xəbər verir. Bu imic Rusiyaya lazım deyil və bu fonda addımlar atmalı, ermənilərin tərksilah edilməsi istiqamətində ciddi işlər aparmalıdır. Düşünürəm ki, Rusiya Ermənistana müəyyən təzyiq gösətərəcək ki, Ermənistan sülh sazişinə gəlsin. Ümid edirəm ki, belə də olacaq, gözləyək. Biz öz gücümüzü göstərdik, erməni qüvvələrini darmadağın etdik. Bu, gələcəkdə erməni revanşist qüvvələrinə bir dərs olacaq. Belə əziləndən sonra yaxın günlərdə növbəti təxribatlara əl atacaqlarını gözləmirəm. Artıq Paşinyan da Rusiyanın vasitəsilə sərhədlərin demorkasiya, delimitasiyasına hazır olduğunu və təkliflər hazırladıqlarını deyib”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI