Mağazada PARTLAYIŞ
Bakıda ölümlə nəticələnən partlayış baş verib.
Versus.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Sakit Qocayev 97 ünvanında yerləşən elektrik malları mağazasında qeydə alınıb.
Şahidlərin bildirdiyinə görə, mağazada yerləşən kondisioneri təmir etməyə gələn usta oksigen balonunun partlaması nəticəsində həyatını itirib. Partlayış nəticəsində ətrafda yerləşən mənzillərin pəncərələri qırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"