"Azərbaycan və Rumıniya strateji tərəfdaşdır"

22:47 29-11-2018 | icon 427 | Cəmiyyət
"Azərbaycan və Rumıniya strateji tərəfdaşdır"

 

"Azərbaycan və Rumıniya strateji tərəfdaşdır".

 

Versus.Az xəbər verir ki, bunu Rumıniyanın Milli Birlik Gününə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Dan Yanku bildirib.

Diplomatın sözlərinə görə, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə sıx əlaqələri var:

 

"2018-ci ildə ikitərəfli əlaqələrin bütün sahələrində irəliləyişə nail olduq. Ötən həftə Buxarestdə hökumətlərarası komissiyanın beşinci iclası keçirildi və bu, 2019-cu ildə ikitərəfli gündəlik üçün təməl yaradıb".

 

Daha sonra səfir qeyd edib ki, 2019-cu ilin ilk altı ayında Rumıniya Avropa Şurasına sədrlik edəcək.

D.Yankunun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı əlaqələrin inkişafı Rumıniya sədrliyi dövründə gündəliyin ayrılmaz tərkib hissəsidir.

O, Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.

 

Tədbirdə çıxış edən baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib ki, iki ölkə arasında qədim tarixə malik münasibətlər müstəqillik illərində daha aktiv şəkildə inkişaf edib.

O, Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərlərinin münasibətlərin inkişafındakı əhəmiyyətini xüsusi vurğulayıb.

Ə.Əhmədovun sözlərinə görə, iki ölkə çox vacib qərar qəbul edib.

Baş nazirin müavini iki ölkə arasında hazırda uğurla reallaşdırılan vacib qərarların qəbul edildiyini deyib.

 

Ə.Əhmədov bildirib ki, Rumıniya həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Baş nazirin müavininin sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr də uğurla inkişaf edir və bu əlaqələr gələcəkdə daha da genişlənəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin