Vətəndaşlara saxta əlillik vədi verən iki nəfər həbs olunub
“Saxta əlilliklərin aşkarlanması prosesi davam edir. Bəzən vətəndaşlar tərəfindən hansısa şəxsin saxta əlillik almasına dair məlumatlar alırıq. Artıq vətəndaşlara saxta əlillik dərəcəsi verməyi vəd edən iki nəfər həbs olunub, onlar barəsində cinayət işi açılıb”.
Versus.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.
O bildirib ki, artıq vətəndaşlar əlilliyi olmayan şəxslərin əlillik üçün müraciətinə ictimai qınaq nümayiş etdirərək bunun qarşısını alırlar:
“Bu gün bu məsələyə cəmiyyətdə də münasibət dəyişib. Həmin şəxslər bu reaksiyanı görərək cəhdlərindən geri dönürlər. Bu yaxınlarda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Agentliyimiz tərəfindən müvafiq məlumatlar verildi və bir əməliyyat həyata keçirildi. Baş İdarə tərəfindən iki dəllallıqla məşğul olan vətəndaş aşkarlandı və həbs olundu. Onlar barəsində cinayət işi açılıb. Bu dəllallar vətəndaşlara saxta əlillik düzəltməyə vəd veriblər. Vətəndaşlardan xahiş edirik ki, bu kimi insanların vədlərinə inanmasınlar. Çünki əlilliyi olmayan şəxslər heç bir yolla əlillik statusu ala bilməz”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"