Azərbaycan-Rusiya futbol matçının hakimləri bəlli oldu
Qadın futbolçular arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Azərbaycan – Rusiya matçının hakimləri açıqlanıb.
Versus.Az xəbər verir ki, noyabrın 25-də keçiriləcək qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
“Dalğa Arena”dakı matçın baş hakimi Yonela Alina Peşu olacaq. Ona Petrutse Klaudia Yuqulesku və Mihaela Elena Sepuşe kömək edəcək. Dördüncü hakim funksiyası Kristina Mariana Trandafirə tapşırılıb.
Xəbər lenti
Hadrutdan yeni GÖRÜNTÜLƏR
Turizm sahəsində geniş potensiala malikdir