Oğurluq edən qardaşlar saxlandı

13:51 24-11-2021 | icon 384 | Hadisə
Oğurluq edən qardaşlar saxlandı

Şirvanda vətəndaşlarla məxsus iribuynuzlu heyvanları oğurlayan iki qardaş saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə cari ilin sentyabr-noyabr ayları ərzində şəhər ərazisində yerləşən səkkiz fərdi təsərrüfatlardan 12 baş iribuynuzlu heyvanın oğurlanması barədə müraciətlər daxil olub.

 

Hesablamalara görə zərərçəkmişlərə 10.000 manatdan çox maddi ziyan dəyib. 

 

ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərid və Əhmədağa Hüseynov qardaşları saxlanılıblar.

 

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları heyvanları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

 

Faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı