Vertolyot çaya düşüb
Cənubi Koreyada vertolyot qəzaya uğrayıb.
Versus.Az xəbər verir ki, qəza nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.
Qəzaya uğrayan Кa-32 vertolyotunun meşə yanğınlarının söndürülməsi üçün istifadə olunduğu bildirilir. 1997-ci il Rusiya istehsalı olan vertolyotun göyərtəsində ümumilikdə 3 nəfərin olduğu bildirilir.
Məlumata görə, vertolyot yanğını söndürmək üçün su götürməyə enərkən çaya düşüb.
Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırma başlayıb.
Xəbər lenti
Urmiya gölünün son peyk görüntüsü
Gölün cənubunda suyun səviyyəsinin bir qədər çox...