Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

15:16 24-11-2021 | icon 938 | Sağlamlıq
Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

Nərminə Abbasova: “Vaxtında aparılmayan müalicə xəstənin ölümü ilə nəticələnir”

 

Leykoz (qan xərçəngi) xəstəliyi onkoloji xəstəliklər qrupuna aid olub, qan yaradıcı sisteminin şiş xəstəliyidir. El arasında bu xəstəlik “ağ qan qırmızı qanı yeyən” kimi tanınır. Belə ki, əsas qanyaradıcı orqan olan sümük iliyində şiş hüceyrələrin inkişafı normal qanyaranmanın qarşısını alır, qırmızı qan kürəciklərinin miqdarı tədricən azalaraq elə bir həddə çatır ki, qan doğrudan da ağarır.

 

Mövzudan da bəlli olduğu kimi, Leykoz xəstəliyindən bəhs edəcəyik. Həmsöhbətimiz MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVAdır.

 

Nərminə Abbasova bildirdi ki, bu xəstəlikdə təkcə qan kürəcikləri deyil, eyni zamanda həyat üçün vacib olan normal leykositlərin və trombositlərin də miqdarı kəskin azalır və nəticədə müxtəlif xarakterli qanaxmalar, infeksion xəstəliklər üzə çıxır:

 

“Araşdırmalardan da bəlli olduğu kimi leykemiyanın yaranmasında xarici amillərlə yanaşı, irsiyyətin də müəyyən rolu var. Çünki burada xromosom araratının xarici və daxili təsirlərə davamlılığı və immun sisteminin çox böyük rolu var. Hazırda isə xəstəliyə səbəb olan amillər sırasında daha çox stress qeyd edilir. Əvvəlki illərdə xəstələrdən narahatlığın nə zaman yarandığını soruşanda bildirirdilər ki, ya yıxılaraq qorxublar, yaxud onları it dişləyəndən sonra özlərində narahatlıq hiss ediblər”.

 

Həkim terapevt qeyd etdi ki, uşaqların keçirdiyi stress halları birbaşa immune sisteminə təsir edir. İmmun sisteminin zəifləməsi isə onkoloji genlərin oyanmasının qarşısını ala bilmir:

 

“Bu bədxassəlik ilk növbədə sümük iliyində yaranır və sonralar bədənin digər orqanlarına sirayət edir. Xəstəliyin inkişafındakı bu mərhələli gediş çox zaman orqanizmdə yaranmış bədxassəli prosesin vaxtında duyulmasına çətinlik yaradır və yalnız xəstəlik öz sözünü demiş olduqdan sonra başa düşülür. Vaxtında aparılmayan müalicə xəstənin ölümü ilə nəticələnir. Ümumdünya səhiyyə statistikası göstərir ki, yüz min insandan 13-ü bu xəstəliyə tutulur. Ancaq ümumilikdə götürdükdə potensial olaraq hər bir kəs bu xəstəliklə xəstələnə bilər. Bunun üçün sadəcə olaraq şərait yaranmalıdır. Bu şəraiti həm daxili, həm də xarici amillər yarada bilər. Bütün insanlar yaşından, irqindən, cinsindən asılı olmayaraq anadan onkogenlə, yəni şiş hüceyrəsi ilə doğulur. Və bu şiş hüceyrəsi yaradan geni bütün ömrü boyu daşıyır. Normal halda bu genin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi orqanizm tərəfindən idarə olunur. Başqa sözlə desək, orqanizm müxtəlif təsir mexanizmindən istifadə edərək bu genin aktivləşməsinin qarşısını alır. Ancaq həyatın gedişində bir çox amillərin təsiri altında gen aktivləşərək xəstəliyin yaranmasına səbəb olar. Bura həm daxili, həm xarici faktorlar aiddir. Xarici faktorlar içərisində ekoloji faktorları, ən əsas radiasiya faktorunu, ximikatların məişətə tətbiqi amilini qeyd etmək lazımdır. Radiasiya faktorunun gen aparatına göstərdiyi dağıdıcı təsir mutasia dəyişikliklərinin yaranmasına təkan verir və bu da xəstəliyin yaranmasına səbəb olur.

Burda yaş həddi nisbi xarakter daşıyır. Çünki leykoz xəstəliyi altında qanın çoxlu onkoloji xəstəlikləri cəmləşir: Kəskin leykoz, xroniki leykoz, limfoblast leykozlar, mieloblast leykozlar”.

 

Həkim deyir ki, xəstəliyin əlamətləri qan azlığı, solğunluq, bədəndə göy ləkələr, qansızmaların olmasıdır. Həmçinin limfa vəzilərinin böyüməsi, sarılıq, halsızlıq, ayaqlarda ağrı, yüksək hərarət, boğaz ağrıları leykemiyanın əlamətləridir:

 

“Məhz bu əlamətlərə görə də bəzi xəstələr başqa klinikalarda yanlış müalicə alırlar. Həmin əlamətlər olduqda ilkin mərhələdə bilmirlər ki, həmin şəxs leykozdur. Əgər bu xəstəliyin vaxtında müalicəsi aparılsa, uşaqların sağalma göstəricisi 90-92 faiz olar. Xəstəliyin ömürlük sağalma ehtimalı isə 75 faizdir. Amma xəstəlik bir qədər geciksə, risk də bir qədər artır. Əgər müayinəni aparan yaxşı mütəxəssisdirsə, bunu müəyyən edə bilir”.

 

 

Nərminə xanım bildirdi ki, bu xəstəliklərin hər bir növü müxtəlif yaş qruplarında daha çox rast gəlinir. Məsələn, Kəskin Limfoblast Leykozlar (KLL) uşaqlar arasında 70-80 faiz rast gəldiyi halda, Xroniki Mieloblast Leykoz (XML) əksinə, böyüklər arasında daha çox rast gəlinir. Odur ki, rastgəlmə tezliyi demək olar ki, bütün yaşlar üçün eynidir, ancaq hansı formanın olmasının yaş qrurları üçün elmi-praktiki əhəmiyyəti var:

 

“Keçən əsrin ikinci yarısına qədər bütün dünyada leykoz diaqnozu təsdiqlənən xəstə ölümə məhkum sayılırdı. Bu gün isə dünyanın inkişaf etmiş ölkələrində uşaqlar arasında Kəskin Leykozdan tam sağalma şansı 70-75 faiz təşkil edir.

Respublikamızın hansı bölgəsində xəstəliyin daha çox yayılması haqqında dəqiq fikir söyləmək çətindir. Amma əksər regionlardan, həmçinin Bakı şəhərindən Klinikamıza xeyli sayda müraciətlər var. Ümumi qənaət belədir ki, ekoloji tarazlığın daha çox pozulduğu ərazilərdə xəstəliyə yoluxma riski artır. Ümumiyyətlə, ekoloji tarazlığın pozulduğu bölgələrdə leykemiyaya yoluxma riski daha çoxdur. Azərbaycanın elə bir rayonu yoxdur ki, oradan leykemiya ilə bağlı müraciət olmasın”.

 

Həkim terapevt vurğuladı ki, Leykoz xəstəliyi qan analizi vasitəsilə aşkar olunur. Amma tam dəqiq diaqnoz qoymaq üçün sümük iliyinin müayinəsi aparılmalıdır:

 

 

“Əgər xəstədə onkoloji genlər aşkar olunursa, onda biokimyəvi müayinə ararılır. Aparılan biokimyəvi müayinənin nəticələri isə imkan verir ki, xəstədə leykozun hansı növünün olmasını aşkar edək.

Qeyd edim ki, leykozlar bir neçə üsulla müalicə olunur. Leykozlar reliksiyanın induksiyası, konsolitasiya, saxlayıcı terapiya üsulu ilə müalicə olunur. Reliksiyanın induksiyası üsulu xəstəliyin kəskin dövründə kimyəvi peraparatların köməyilə sümük iliyində şiş hüceyrələrini öldürməklə müalicə edilir. İkinci müalicə etapı konsolitasiyadır. Burada iki il ərzində hər ayda kurslar keçirilir, sümük iliyinin transplantasiya (köçürülmə) əməliyyatıdır. Sümük iliyinin köçürülməsi iki formada olur - bir xəstənin özündən, ikinci halda yaxın qohumlarından götürülür. Digər müalicə üsulu isə saxlayıcı terapiyadır. Bu zaman heç bir müalicə aparılmır. Xəstələr buraxılır özbaşına. Xəstə 5 il müddətinə sağ qalırsa, deməli sağalıb. Əgər 5 il müddətinə xəstənin səhhətində hər hansı pisləşmə olarsa, onda qeyd etdiyim kimi, sümük iliyinin köçürülmə əməliyyatı aparılır. Onu da deyim ki, sümük iliyinin köçürülməsində 50 faiz sağalma ehtimalı var”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Leykoz xəstəliyindən əziyyət çəkənləri müayinə və müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür