"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

18:45 24-11-2021 | icon 661 | Siyasət
"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

Əlövsət Adullayev: “Erməni hərbi hücumları terror aktı deyil, müharibə cinayətləridir, çünki...”

 

Ermənistanın Azərbaycan sərhəddində və Qarabağda postlarımıza etdiyi silahlı hücumlar, son verdiyimiz 7 şəhid hadisəsində əsir götürülən erməni hərbçilərinin aqibəti erməni tərəfdaşlarını, eləcə də rus sülhməramlılarını narahat edən faktor kimi müzakirə olunur.

 

Məlumdur ki, erməni hərbi cinayətkarlarının təhvil verilməsi məsələsi hadisələrindən dərhal sonra qaldırldı. Və Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov dövriyəyə çıxarılmaqla Ermənistana bir cənazə apardı və xəbərlərdə deyildiyi kimi, onun əsirlərin də qaytarılması ilə bağlı bir missiyası var.

 

Erməni əsirlərin qaytarılmasının hazırki situasiyada nə dərəcədə reallaşacağı  birmənalı qarşılanmır. Maraqlıdır, atəşkəs dövründə hərbi hücumlarda iştirak edən həmin erməni cinayətkarları hansı qanunla, hansı adla və necə mühakimə olunmalıdır? Hərbi əsir, hərbi cinayətkar olan ermənilərin geri verilməsi necə reallaşa bilər?

 

Versus.Az xəbər verir ki, hüquqşünas Əlövsət Abdullayev bildirib ki, əsirlərə bağlı məsələyə iki aspektdən baxılmaldır.

 

Onun fikrincə, əgər hərbi əsirin əməlində müharibə, soyqırım cinayətlərinin tərkibi varsa, o sözsüz mühakimə olunmalıdır. Onun harasa təhvil verilməsindən söhbət gedə bilməz. Həmin əsirləri Azərbaycan özü mühakimə etməlidir. Yaxud beynəlxalq səviyyədə mühakiməyə çıxarıla bilər:

 

“Əgər əsirlərin əməlində cinayət tərkibi yoxdursa, beynəlxalq konvensiyalara uyğun olaraq hərbi əsirlərin dəyişdirilməsi məsələsi tətbiq oluna bilər. Cenevrə Konvensiyaıına görə əsirlərlə normal davranmalı, əsirlər işgəncələrə məruz qalmamalıdır. Sadəcə statusu onu hərbi əsir səviyyəsinə gətirib çıxarır. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi əsirlər dəyişdirilir. Hər bir tərəf normal şəkildə zamanında əsirlərin dəyişdirilməsini həyata keçirə bilər.  Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”. 

 

Ə.Abdullayev məsələyə sərhəddə baş verən son hərbi toqquşmalarda verdiyimiz itkilər kontekstindən yanaşaraq, həbs olunan hərbçilərin əməlinin araşdırılmalı olduğunu önə çəkib. Hüquqşünas regionda baş verən hərbi toqquşmalar fonunda beynəlxalq hüquq kontekstində maraqlı nüansların üzə çıxdığını önə çəkib:

 

“Atəşkəsin əldə olunması ilə bağlı bəyanat olsa da, biz hesab eləmişik ki, müharibə bitib. Amma ermənilər tərəfindən hücum olur və biz onlara adekvat cavab veririk. Belə olan halda da  artıq döyüş hər iki tərəf arasında gedir. Biz burda hansısa terrordan da danışa bilmirik. Çünki silahlı qüvvələrin atışması baş verir. Beynəlxalq hüquq noramalarına görə silahlı qüvvələr toqquşursa tərəflərin birinin digərini öldürməyə icazəsi var. Əgər qarşı tərəfin öldürdüyü mülki şəxs olsaydı, onda bu, müharibə cinayəti olardı. Amma hərbi qulluqçuların bir-birini öldürməsi müharibə cinayəti sayılmır. Beynəlxalq hüquq norması buna icazə verir ki, əlinə silah alıb döyüşən hərbi qulluqçunun öldürülməsi mümkündür və hədəfdir. Bu baxımdan biz onları ittiham edə bilmirik ki, sən bizim hərbi qulluqçunu öldürmüsən. Sadəcə olaraq atəşkəs şəraitində baş verən bu hərbi toqquşmaya ad vermək çox çətindir. Bu müharibədirmi, müharibə deyilmi. Çünki üçtərəfli bəyanat olub.  Amma ərazidə atışma gedir. Bunun adı nədir? Bu hadisəni bir çox hallarda terror da adlandırırlar. Mən bununla razılaşmıram. Terror daha yumşaq hadisənin əməlidir. Biz bununla ən ağır hadisəni daha yumşaq formada təqdim edirik. Terror bir siyasi təşkilat tərəfindən həyata keçirilir. Amma bu dövlət səviyyəsində həyata keçirilən dövlətin silahllı qüvvələrinin yönəldiyi bir  cinayət hadisəsidir. Tutaq ki, Şuşada posta qumbara atan erməninin hərəkəti teror hadisəsi ola bilər. Çünki dünyada 30-40 erməni terror təşkilatı var. Bu həmin terror təşkilatının hazırladığı bir hadisə ola bilər”.

 

Ə.Abdullayev sülhməramlıların erməni terrorçusunun erməni separatçılara verməsini kökündən yanlış sayıb, heç bir qanuna sığmadığını deyib. O, burda yenə də yanlış siyasətinin dayandığını qeyd edib. Hüquqşünas hesab edir ki, beynəlxalq qanunun tələbindən istifadə edərək biz terorçunu  istəyə bilərik:

 

“Biz Rusiyaya müraciət eləməliyik. Terrorçu bizə təhvil verməlidir. Biz yenə də Rusiyanın üzərinə gəlirik. Hadisə Azərbaycan ərazisində baş vermişdi və terrorçunu biz mühakimə etməliyidik. Amma vermədilər. Razıyıq, sülhməramlı aparsın terorçunu Rusiyada mühakimə etsin. Amma “mühakimə edəcəkmi”-məsələ budur.  Belə bir hadisə olarsa Azərbaycan tərəfi məlumatlandırılmalıdır”.

 

Hüquqşünas erməni əsirlərin hansı maddələrlə cinayət məsuliyyətinə alınacaqlarının araşdırmalardan sonra müəyyən olunacağını bildirib. Ə.Abdullayev hələlik əsirlərin hansı maddə ilə mühakimə olunacağı barədə məlumat olmadığını deyib:

 

“Hələ əsirlərə hansı maddənin tövsüh olunacağı müəyyənləşməlidir. Əgər biz desək ki, həmin əsirlər Azərbaycan Qanunvericiliyinə, müharibə cinayətlərinə görə mühakimə ediləcəklər, bu “necə olacaq”- sualı yaranacaq. Beynəlxalq hüquqda atəşkəs imzalanandan sonra baş verən hərbi hücum və hərbi toqquşmaların, əsirlərin hansı adda cinayətə cəlb olunması barədə heç nə yoxdur. Ola bilər ki, bunu terror əməli kimi dəyərləndirsinlər, amma terror daha yumşaq formadır”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI