Bu saqqız koronavirusun yayılmasının qarşısını alacaq
ABŞ alimləri koronavirusun yayılmasının qarşısını alacaq saqqız hazırlayıblar.
Saqqızda koronavirus hissəciklərini tutan və tüpürcəkdəki virusun miqdarını məhdudlaşdıra bilən zülal var.
Tədqiqatçılar bildirirlər ki, yoluxmuş insanlar nəfəs alarkən və ya öskürərkən, söhbət edən zaman saqqız COVID-19-un ötürülməsi mane ola bilər.
Pensilvaniya Universitetinin tədqiqat qrupu nəticədə nümunələrdə virus yükünün 95 faiz azaldığını bildirib.
Qeyd edilir ki, saqqız ənənəvi saqqızlara bənzəyir, normal temperaturda illərlə saxlanıla bilir və çeynəmə ACE2 protein molekullarına zərər vermir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"