Ümid Partiyasının Qusarda Təşkilat Komitəsi yaradıldı

20:13 02-12-2018 | icon 424 | Siyasət
Ümid Partiyasının Qusarda Təşkilat Komitəsi yaradıldı

 

Dekabrın 1-də Ümid Partiyası Qusar Rayon şöbəsinin Konfransa Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

 

Versus.Az-ın məlumatına görə, bu barədə partiyanın Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd edilir ki, təşkilat komitəsinin ilk iclasında Partiyanın İcra Aparatının rəhbəri politoloq Taleh Əliyev, sədrin Təbliğat və təşviqat məsələləri üzrə müavini Tamilla Qulami, sədrin Mətbuat və İnformasiya üzrə müavini Elman Abbasov, tanınmış jurnalist və ictimi xadim Cəmil Məmmədli iştirak ediblər. Kəbir Rzazadə Təşkilat Komitəsinin sədri seçilib.

 

İclasdan əvvəl və sonra ictimai-siyasi sahadə baş verən hadisələrlə bağlı müzakirə aparılıb. Verilən suallar rəhbərlik tərəfindən cavablandırılıb, fikir mübadiləsi olub. Müzakirələr zamanı Qusarda olan çatışmazlıqlardan söz edilib.

 

Bildirilib ki, Azərbaycanın hər yerində olduğu kimi, Qusarda da insanlar qayğılarla yüklənib. Burada insanların qayğısı çox, problemlər ondan da çoxdur. Bununla yanaşı, insanların mehribanlığı, gələcəyə ümidlə baxmaları, Ümidi seçmələri xoş əhval-ruhiyyə yaradıb.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin