Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

21:13 25-11-2021 | icon 433 | Sosial
Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ
 

Bəlkə də on beş ildən çox olar ki, İlham Rzayev Yardımlı şəhər icra nümayəndəsi vəzifəsində çalışır. Elə təxminən o müddət də Yardımlı şəhərinin əsas küçələri təmir üzünə həsrət qalıb. Dəfələrlə cəhd etmişik ki, onunla görüşüb, bu problemlərlə bağlı fikir mübadiləsi aparaq, di gəl ki, “zat aliləri” İlham Rzayevi nə kabinetində, nə də iş başında tapa bilməmişik. Yəqin daha mühüm tapşırıq və vəzifələri icra edir. Bunun nədən ibarət olduğu isə “qaranlıqdır”.

 
 
Əcaba, bu səlahiyyət sahibinin şəhərin abadlıq-quruculuq işlərindən başqa hansı öhdəlikləri ola bilər?!
Bunu elə-belə, sözgəlişi qeyd etmirik, çünki Yardımlı şəhərinin hazırki mənzərəsinə baxanda acınacaqlı vəziyyət “göz oxşayır”, ürək bulandırır. Sanki ilərdir burada daşı daş üstə qoyan olmayıb. Və sakinlərin şikayətlərinə də heç bir diqqət ayrılmayıb.
 
 
Əslində onunla görüşməyə can atmaqda məqsədimiz real vəziyyətə aydınlıq gətirməkdir. Ancaq İlham Rzayev olub atlı, biz qalmışıq piyada. Nə bilmək olar, bəlkə də bu sətirləri oxuyandan sonra insafa gəlib bir açıqlama verdi.
 
 
Biz şəkillər vasitəsi ilə şəhərin üç mərkəzi küçəsinin bu günkü drumunu təqdim edirik.
 
İnanırıq ki, cənab İlham Rzayevdən bütün bunların hesabını soruşan tapılacaq…
 
1-ci 2-ci şəkillər Vəli Məmmədov küçəsini, 3-cü, 4-cü şəkillər Şəhid Vüqar Nəciyev küçəsini, 5-ci, 6-cı şəkillər isə Daşkənd küçəsini əks etdirir.
 
 
P.S. Bu küçələr Xəzər Aslanovun da, Sevindik Hətəmovun da dövründə həmin gündə olub. Bu problem uzun illərin problemidir və İlham Rzayevin yarıtmaz işinin nəticəsidir.
 
 
İcra başçıları bir-birini dəyişir, amma dəyişməz qalan İlham Rzayev və onun biganəliyidir…
 
 
 
Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol