"Nəticədən şikayətçi deyilik”

09:57 26-11-2021 | icon 332 | İdman
"Nəticədən şikayətçi deyilik”

“Qarabağ”ın yaxşı komanda olduğunu hələ birinci oyundan bilirdik. Əla keyfiyyətə malik oyunçuları var. Bu rəqibə qarşı 10 nəfərlə oynamaq çətindir. Müdafiədən oynadıq, qol epizodlarımız oldu, gözəl qollar vurduq. Oyunçularımın təcrübə toplaması üçün yaxşı matç oldu. Biz nəticədən şikayətçi deyilik”.

 

Versus.Az xəbər verir ki, bunu Kiprin “Omoniya” klubunun baş məşqçisi Heninq Berq deyib.

 

Avropa Konfrans Liqasının qrup mərhələsinin “Qarabağ” – “Omoniya” oyunu keçirilib. Görüş 2:2 hesabı ilə başa çatıb.

 

Norveçli məşqçi matçla bağlı aşağıdakı fikirləri bildirib:

 “Referinin qərarları barədə çox danışmaq istəmirəm. O bizim oyunçuya da ikinci sarı vərəqəni niyə verdi bilmədim. Biz azlıqda uzun müddət oynamalı olduq. Referinin bizə tərəfkeşlik etməsi barədə fikirləri qəbul etmirəm. Sevinirəm ki, qrup liderlərinə qarşı hər iki səfər matçından məğlub ayrılmadıq. Qələbə üçün oynadıq. Ancaq qazandığımız heç-heçə də əla nəticədir. Rəqib qapıçının irəli çıxması hər zaman köməyimizə çatmasa da, bu dəfə işimizə yaradı. Məsələn, PSV ilə oyunda da belə bir imkanımız olmuşdu”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol