Cahangir Əsgərov iraddan nəticə ÇIXARDI

11:22 26-11-2021 | icon 483 | Hadisə
Cahangir Əsgərov iraddan nəticə ÇIXARDI

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) baş direktoru Cahangir Əsgərovun xarici görünüşündə nəzərə çarpan dəyişiklik medianın diqqətindən yayınmayıb.



Versus.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının dünənki iclasından yayımlanan fotoşəkildə Cahangir Əsgərovun bığ saxladığı məlum olub.



Xatırladaq ki, bu il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AZAL-ın baş direktoru Cahangir Əsgərova bığ saxlamadığına görə irad tutmuşdu.



Həmin mərasimdə Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarlarını prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevə təqdim edərkən ölkə başçıları onunla zarafatlaşmışdılar.



Ərdoğan Cahangir Əsgərovu göstərərək "onun bığı vardı, indi yoxdu" demiş, İlham Əliyev isə gülərək, "bığı tökülüb",- deyə zarafat etmişdi.



Cahangir Əsgərov isə Zəngilan Beynəlxalq Hava Limanının qarşıda gözlənilən açılışını nəzərdə tutaraq prezidentlərə "Zəngilanda olacaq"-, sözü vermişdi.



AZAL-ın dünənki toplantıdan yaydığı şəkil sübut edir ki, Cahangir Əsgərov Ərdoğana verdiyi sözü tutaraq, bığ saxlamağa başlayıb. Halbuki, indiyə kimi onun bığı olmamışdı. /modern.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı