İtlə gedən iplərimiz…

12:35 03-12-2018 | icon 968 | Köşə
İtlə gedən iplərimiz…

 

Ovqat yazısı

 

Və yaxud, sarı torpaq donuzu ilindən gözləntilərimiz

 

 

ƏMRAH FƏQANOĞLU

 

 

Yenə sanılı günlər qalır Yeni ilə… Şərq təqviminə görə, 2019-da it öz hökmranlığını sarı torpaq donuzuna təslim etməyə məhkumdur. Donuz da ki, nə donuz… Haqqında o qədər “vəsfnamələr” var, qalaq-qalaq kitablara sığışmaz. Ən əsası,  Allah onu yeməyi cəmi müsəlmanlara haram buyurub, səbəbi də xüsusən isti iqlim şəraitində ətinin tərkibində mikrobların həddən artıq olmasıdır. Bir də ki, donuz rastına çıxan hər şeyi, o cümlədən də qabaqdan qalma, iylənmiş məhsulları ağına-bozuna baxmadan sümürdüyünə görə murdar heyvan sayılır. Axı əbəs yerə deyilməyib ki, “nə tökərsən aşına, o da çıxar qaşığına”. Yəni donuz da nə yeyirsə, əti də onlardan formalaşır.   Bununla belə, tez varlanmaq istəyənlər adətən donuz saxlayırlar, çünki bir dəfəyə on beşə qədər bala verə bilir… Donuzun “murdar heyvan” sayılmasından söz açmışkən məşhur “Sehrli xalat” filmindəki pioner, xan və vəzirlər arasında gedən dodaqqaçıran dialoqları xatırlamamaq mümkünsüzdür:

 

Pioner:-Sənin nə ixtiyarın var, donuzun biri donuz!

Xan:-Nə, nə, dddonuz?

Xan:-Pianar? O kimdir? Hardandır?

Vəzir:-Pianar şübhəsiz, ya ifrit, ya da cin adıdır…

Vəzir:-Haqlısan. Yoxsa o zalım oğlu hökmdara öz sarayında deməzdi ki, donuzdur.

Xan:-Kəs səsivi, Allahın xoşuna gəlməyən heyvanın adını çəkmə.

Vəzir:-Əgər bu pianar ifritdirsə, qorxuram bundan da pis hadisə baş verər

Xan:-Bundan da pis nə ola bilər?

Vəzir:-Bəlkə də bu pianar cindir, bəlkə də cinlərin padişahıdır. O istəsə bizi itə, eşşəyə və yaxud qurrrbağaya döndərər.

Vəzir:-Bəəəlkə o, hökmdarı doo, doo, donuza döndərər?

Xan:-Yooox, mənə nə deyirlər-desinlər, amma ona döndərməsinlər.

Vəzir:-Yəni nəyə?

Xan:-Ona də.. O murdar heyvana… (donuzu nəzərdə tutur)

Vəzirlər:-Allah eləməsin, Allah eləməsin..

 

Donuz haqqında torpaqlarımızı işğal edən ermənilərə birbaşa aidiyyəti olan məsəl də var: “Kiş deməklə donuz darıdan çıxmaz”. Gərəkdir ki, onu kötəkləyib çıxarasan, öz həddini qandırasan. İnşallah, biz də çox yaxın zamanda hədlərini tanıdarıq, bir selbə ilə çıxararıq donuzları darıdan, yediklərini burunlarından gətirərik...  Ordumuz güclü, dövlətimiz sarsılmaz!

 

Və nəhayət, “donuzdan bir tük də qənimətdir” deyimi. Məncə, gönüqalın və simic şəxslər barədə işlədilir bu məsəl. Yəni simic və adamlığı olmayanlardan nə qazansan, qənimətdir. Onsuz da özləri qanıb, başa düşüb nəsə verən, ikram edən, bağışlayan deyillər.

 

Əvvəldə qeyd etdiyim kimi, 2019-cu ilin simvolu sarı torpaq Donuzu olacaq. Astroloqların qənaətinə görə, il ərzində çoxlu münaqişələr, problemlər həll ediləcək. İctimai əmin-amanlıq və ünsiyyət sferası aktivləşdiyi üçün insanlar bir-birlərini daha yaxşı anlayacaqlar.
2019-da dünyaya gələn körpələr son dərəcə sülhsevər və xeyirxah olacaqlar. Bununla yanaşı,  bəzən sadəlövhlük onlara öz hədəflərinə çatmaqda maneçilik törədəcək. Bu səbəbdən də uşağın tərbiyəsi prosesində dost-düşməni bir-birindən ayırmağı mütləq qaydada öyrətmək gərəkdir.

 

Beləliklə, itlə vidalaşmağımıza az qalır. Adətən it itəndə, yaxud da birdəfəlik çıxıb gedəndə ona bağlanan ipini də özü ilə götürüb apardığından “it də getdi, ip də” söyləyirlər. O ip ki, itlə anadangəlmə doğulmur, onu idarə etmək, nəzarətdə saxlamaq üçün həmin ipi itə özümüz bağlayırıq, itin boynundakı o iplər (adətən xalta adlanır) məhz bizə- sahiblərinə məxsus olur. Odur ki, dekabrın 31-də 12 illiyə bizə vida edən it boynundakı ipimizi, yaxud iplərimizi də özü ilə aparacaq, şübhəsiz ki…

 

Bizdən isə qalır gedən itə “xoş getdin” deyib (ardınca su atmasaq da olar), gələn donuza “xoş gəldin” söyləyib, gül-çiçəklə qarşılamaq. (Sevdiyi mhsullarla da olar).

Gəl e, gəl ay donuzumuz, gəl görək, neyləyəcəksən?! 2019-da yerin məlum!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin