Ürək xəstəliyi olanların NƏZƏRİNƏ

12:58 26-11-2021 | icon 637 | Sağlamlıq
Ürək xəstəliyi olanların NƏZƏRİNƏ

“COVID-19 infeksiyası tənəffüs yollarının xəstəliyi kimi görülsə də, əsasən xəstəliklə bağlı ölümlərin üçdə biri ürəklə əlaqəli səbəblərə görə baş verir”.

 

Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu deyib.

 

O bildirib ki, bu ölümlər ya ciddi ritm pozğunluğu, ya da ürəyin zədələnməsinin nəticəsidir:

 

“Buna görə də reanimasiya şöbələrində ürəklə bağlı ölümlər ön plandadır. COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur. Buna görə də virus damar olan yerdə ciddi problemlər yarada bilər. Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır. Bu vəziyyət bir tərəfdən ağciyərlərdə tutulmaların əsasını təşkil edir, digər tərəfdən də infarkt keçirməyi asanlaşdıran faktor kimi görünür”.

 

İ.Tahiroğlu qeyd edib ki, COVID-19 mövcud ürək xəstəliklərinin ağırlaşmasına səbəb olur:

“COVID-19 virus mənşəli xəstəlikdir və bütün orqanlara təsir etdiyi kimi ürəkdən də yan keçmir. Ürək çatışmazlığı, ürək xəstəlikləri olan insanlar COVID-19-u daha ağır keçirir. COVID-19 ürək əzələsinin iltihabına səbəb olur. Bu zaman əzələ gücü zəifləyir və ürək çatışmazlığına gətirib çıxarır. Həmçinin ürəkdə aritmiya nəticəsində xəstədə mədəcik mənşəli döyüntü pozğunluğu yaranır və bu, ürək dayanmasına qədər gətirib çıxarır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür