"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

16:41 26-11-2021 | icon 564 | Siyasət
"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Samir Hümbətov: "Gələcəkdə hərbi əməliyyatların bərpası istisna deyil"

 

“Əslində, üçtərəfli görüş noyabrın 9-da baş tutmalı idi. Amma Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif bəhanələrlə görüşü uzatdı”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Samir Hümbətov deyib.

 

“Amma dekabrın 15-də Brüsseldəki görüş barədə razılıq əldə olunduqdan sonra Moskva Qərbi qabaqlamaq istədi. Fikrimcə, Rusiya Prezidenti Vladimir Putin prosesin uzanmasına görə Nikol Paşinyanı bağışlamayacaq. Rusiya lideri özbaşınalığına görə mütləq Ermənistan baş nazirinə “dərs verəcək”. Görüşdə ciddi razılaşmaların əldə olunacağına inanmıram. Amma çox güman ki, Brüssel görüşü barədə Nikol Paşinyan təlimatlandırılacaq. Ona başa salınacaq ki, nəyi necə demək lazımdır”, - o bildirib.

 

S.Hümbətov vurğulayıb ki, gələcəkdə hərbi əməliyyatların bərpası istisna deyil:

“Zəngəzur dəhlizinin və kommunikasiyaların açılması məsələsində əsas rolu Rusiya oynayır. Ermənistanın mövqeyi ikinci dərəcəlidir. Moskvanın razılığı olsa, amma İrəvan yenə dikbaşlıq etsə, biz sülhə məcburetmə əməliyyatı keçirə bilərik. Nəzərə almaq lazımdır ki, hələ yekun sülh müqaviləsi imzalanmayıb. Sadəcə, müvəqqəti atəşkəs elan olunub. Eyni zamanda Ermənistanın təxribatları da istisna deyil. Onlar otuz il bu “oyuna” öyrəşiblər. Yekun sülh müqaviləsi imzalananadək təxribatlar gözləniləndir. Hətta genişmiqyaslı hərbi əməliyyatlar da istisna deyil. Çünki Ermənistan generaliteti təkcə öz hakimiyyətlərinin deyil, həm də Rusiyanın tapşırıqlarını yerinə yetirir. Deməli, Azərbaycan Ordusu buna daim hazır olmalıdır”.

 

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Ekspertlər bildirir ki, Nikol Paşinyan noyabrın 9-da baş tutması gözlənilən görüşə getməməklə, xarici siyasətində Qərbə meyillənməklə Rusiyaya qarşı hörmətsizlik etmişdi. Bu isə tərəflər arasındakı münasibətlərə təsir edə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür