“26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib”

08:36 27-11-2021 | icon 333 | Siyasət
“26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib”

26 noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndiririk.

 

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi şəhərində keçirilmiş görüşü ilə bağlı şərhində qeyd olunub.

 

Bildirilib ki, görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib:

 

“Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır. Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi, bundan sonra da 26 noyabr Bəyanatında da əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol