"Türkiyəni daxildən yıxmağa calışan Qərb təssüf ki..."

15:32 27-11-2021 | icon 648 | Geopolitika
"Türkiyəni daxildən yıxmağa calışan Qərb təssüf ki..."

Ramiyə Məmmədova: "Türk dövlətinin zəfəri Qərbi nə qədər narahat edəcəksə..."

 

Türkiyənin dünya siyasətində artan nüfüzu bir cox narahatlıqlara səbə olmaqda davam edir.  Bunu acıq aydın göstərən Qərb dövlətləri Türkiyəni yenidən öz əsarəti altına almaq ücün hər cür oyunlara əl atır.  

 

Bu barədə Versus.az-a siyasi şərhçi Ramiyə Məmmədova bildirib.

 

R.Məmmədova hesab edir ki, Türkiyənin son dövrlərdə yürütdüyü sərt və özünə məxsus sərbəst siyasətin nəticəsi buna yol acıb. Çünki hər zaman Türkiyənin Qərb dövlətlərinin diktəsi altında idarə olunmasına alışmış Qərb bu sərbəst siyasətin Yaxın Şərqdə, Aralıq Dənizində, Qafqazda, Asiyada, Afrikada və digər reqionlarda hansı nəticəyə qətirib cıxaracağını hesablamamış deyil:

 

"Buna görədə Türkiyəni hər zaman əlaltı görməyə alışanlar əsarət cadrasını yırtan Türkiyənin azad siyasətinin onlara gələcəkdə nə vəd edəcəklərini cox gözəl anlayırlar. Türkiyəni daxildən yıxmağa calışan Qərb təssüf ki, daxildəki güclərdən də faydalanmağa nail ola bilir. İqtidar-müxalifət arasındakı fikir ayrılıqları, istehsalatın və kənd təsəsrrüfatı sahəsinin zəifləməsi, lirərin dollar qarşısında həddən artıq artması, qacqınların bu ölkəyə durmanadan axın etməsi və qiymət artımının qetdikcə yüksəlməsi dövlət iqtisadiyyatının qeriləməsində müstəsna rol oynayır. Həmcinin ABŞın Türkiyəni həmdə xaricdə sərhədləri boyu terrora verdiyi dəstəklə təhdid etməsi də bu ölkənin iqtisadityyatındakı problemləri sürətlə geriləməsinə yol acır. Branson məsələsindən başlayan NATO tərəfdaşları arasındaki ABŞ və Türkiyə gərginliyi, sonra da Suriyada, Liviyada, İrakda üz üzə qələrək davam etdi, F-35  satışının dayandırılması ilə münasibətlərin daha da qərginləşməsi, Rusiyayla isti münasibətlərin getdikcə dahada isinişməsi, F-35 yerinə S400lərin tərcih edilərək alınması, ABŞ-la deyil Rusiyayla irəlliyərək Suriyada, Liviyada hətdə Qafqaz reqionundada Türkiyənin razılığ əsasında əldə etdiyi nəaliyyətlər iki tərəfdaşın nəinki bir birindən tamamən münasibətlərin soyumasına hətda acıq aydın ABŞ rəhbərliyinin Türkiyəyi təhdid etməsi ilə belə nəticələndi. Bayden hakimiyyətinin Türkiyəyə daha sərt yanaşması Türkiyə- Rusiya münasibətlərinin daha cox irəlləməsinə və yaxınlaşmasına gətirib cıxardır ki,  zənnimcə  bu da  son zamanlarda Türkiyə daxilində qedən prosseslərdə ABŞ-ın Türkiyəni daxildən qarışdırmağ niyyəti olduğunun üzə cıxardır, həmcinin Erdoğan nüfuzu dünyada artmağa davam etdikcə Qərb daxildə AKP nüfüzunun azalması ücün bütün siyasi oyunlara muxalifəti istifadə edərək əl atır".

 

Politoloq hesab edir ki, son dönəmdə erkən secimlərin kecirilməsi məsələsinin dayanmadan qündəmə qəlməsi buna nümunədir. Lakin Türkiyə cəmiyyəti də bugün anlayırlar ki, AKP-nin Türkiyə siyasətindən getməsi nə xarici, nə də daxili siyasətdə dövlət ücün yaxşı hec nə vəd etmir:

 

"Türkiyənin gələcək proyektləri, terrorla başa cıxması  hal-hazırdakı Türkiyəni geridə qoyaraq Qərbi Asiyanın, Yaxın Şərqin  ən güdrətli dövlətinə cevirəcək. Azərbaycanın Qarabağda Türkyə ilə birlikdə əldə etdiyi zəfər və Türkiyənin Qafqaz reqionunda vacib aktora cevrilməsi, iki qardaş ölkənin bu reqionu türk varlığının gücünü nümayiş etdirərək meqa layihələrin həyata kecirilməsi, Zəngəzur dəhlizinin acılışından sonra Cinə, Asiyaya hətda Afrikaya gədər türk əlinin uzanması, Türk Dövlətlərinin bir araya gələrək Türk Dövlətlərinin Birliyinin yaranması Qərb tərəfindən necə narahatcılıq doğurmaya bilər ki?! Demək ki, türk dövlətinin varlığı və türk millətinin zəfəri Qərbi nə qədər narahat edəcəksə Türk dövlətidə o gədər inkişaf edərək güclənəcək və ayağı basdığı torpaqlarda türk bayrağını dalğalandırmağa davam edəcək.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol