Soçi “yoxlaması” - MÜSAHİBƏ

16:06 27-11-2021 | icon 549 | Geopolitika
Soçi “yoxlaması” - MÜSAHİBƏ

Yeganə Hacıyeva: "Sərhəddə baş verən gərginliyin sifarişçisi Avropadır"

 

SOÇİ “YOXLAMASI” - Sərhəddə baş verən gərginliyin sifarişçisi Avropadır... Paşinyan danışıqları Rusiyanın inhisarından çıxara biləcəkmi?”

 

2020-ci il 10 noyabr bəyanatının 1-ci il dönümündə üçtərəfli görüşün əhəmiyyəti və zəfər çalmış Azərbaycan üçün gözləntilərin nə olacağı ətrafında müzakirələr səngimir. Rusiyanın Soçi görüşündə kimin yanında dayanacağı müzakirə olunsa da birmənalı qarşılanmır. Belə bir görüş ərəfəsində Ermənistan silahlı qüvvələrinin sərhəd boyu toparlandığının müşahidə olunması haqqında məlumatlar yayılır. İctimai siyasi kəsim məğlub Ermənistan və onun baş naziri  Paşinyanın gücü hardan alıb hansı sərsəm çıxışlar etməsindən asılı olmayaraq nəticə gözləyir.

 

Bu istiqamətdə Versus.az-a müsahibə verən politoloq Yeganə Hacıyeva maraqlı nüanslara diqqət çəkib.

 

- Yeganə xanım, Soçi görüşü Rusiyanın planlamadığı hansı prosesi önləmək üçün təşkil olundu və bu görüşdə hansı sənədin imzalanması ilə bağlı gözləntiləriniz var?

 

- Soçi görüşü məhz 10 noyabr üçtərəfli atəşkəs bəyanatının imzalanmasının 1 illiyinə həsr olunub. Soçi görüşünə üçtərəfli razılaşmanın bəndlərinin həyata keçirilməsi istiqamətində qarşıya qoyulan məqsədlərin necə həyata keçirilməsinin dəyərləndirilməsi kimi də baxmaq olar. Soçi görüşü həm də dekabrın  15-də nəzərdə tutulan Brüssel görüşünün əldə olunması ilə bağlıdır. Daha öncə Moskvada üçtərəfli görüş nəzərdə tutulurdu. Noyabrın ilk ongünlüyündə və nəzərdə tutulan bu görüş heç bir tutarlı səbəb göstərilmədən ertələnmişdi. Bundan sonra isə  Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə regionda yaranmış vəziyyətə dair telefonla danışıqlar apardı  və Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Aİ-nin “Şərq Tərəfdaşlığı” sammitində görüşməyə razılaşdırıldı. Müşahidələrə görə, Paşinyan danışıqlar prosesinin Rusiyanın inhisarından çıxmasında maraqlıdır. O, danışıqları Rusiya formatından çıxarmağa və ATƏT Minsk Qrupuna daşımağa, Rusiya və Türkiyənin rolunu azaltmağa və vaxt qazanmağa çalışır. Lakin bu görüşdən öncə Putin-Əliyev-Paşinyan görüşü noyabrın 26-da Soçidə təyin olundu ki, bu görüşü növbədən kənar hesab etmək olar, çünki daha öncə buna aid heç bir məlumat yox idi. Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra proseslərə təsir edən tək işlək format üçtərəfli razılaşmadır. Brüssel görüşü ilə Moksva danışıqlarda qismən ikinci plana keçirdi. Avropa Birliyi vəziyyəti ələ alır və ATƏT-in Minsk Qrupu ölkələri daha aktivləşir kimi görüntü var idi. Bu da Moskvanı qane etmirdi. Baş tutacaq Üçtərəfli Soçi görüşü ümumi elan olunmuş gündəlikdə üçtərəfli razılaşmanın həyata keçirilməsi ilə bağlı tərəflərin öhtəlik və məsuliyətin yerinə yetirilməsi, 10 noyabr, 11 yanvar görüşləri, üçtərəfli işçi qrupun razılaşdırdığı məqamların həyata keçirilməsi ilə bağlı yoxlama tipli bir tədbir olmalıdır. Bu izləniləcək.

 

- Görüşə qədər üçtərəfli razılaşmanın necə yerinə yetirilməsinə diqqət çəksək, vəziyyət bəllidir. Bu, Rusiyaya da bəllidir, Ermənistana da. O zaman erməni təxribatları nəyə yönəlikdir?

 

- Aradan keçən 1 ilə baxmayaraq demorkasiya, delimitasiya məsələləri tam yekunaşmayıb, Ermənistan tərəfi bu istiqamətdə hər cür təxribatlara əl atır. Üçtərəfli razılaşmanın 4-cü ana bəndi Ermənistan silahlı qruplarının Qarabağdan çıxarılması ilə bağlı vədi həyata keçirməyib. İstər Ermənistan, istər Rusiya tərəfi bunu belə qələmə verməyə çalışır ki,  guya “həmin silahlılar Qarabağdakı polislərdir və yerli asayişi qoruyurlar”. Biz onların zaman-zaman bizim  bölgələrimizi atəşə tutmasını, Azərbaycan hərbçilərinə qarşı təxribat hazırlamalarını şahidi oluruq. Digər tərəfdən, Ermənistan Kommunikasiyaların açılması ilə bağlı müəyyən sobatajlara əl atır. O qənaəydəyəm ki, bu sabatajların heç bir nəticəsi olmayacaq. Çünki istər Rusiya, İstər Azərbaycan tərəfi bu mövzunun üstündə çox möhkəm dayanıb. Rusiya Zəngəzur dəhlizi və Mehri dəhlizi ilə bağlı əraziləri Ermənistana hələ 2021-ci il 20 iyun seçkilərinə qədər olan dövründə ayırtdırıb. Ermənistan tərəfi sobataj edir ki, o sənəddə  “Zəngəzur sözü yox idi” fikrin üzərində dayanırlar. Hətta bu olmasa da belə orda digər mühüm məqamlar var. Sənəddə  Azərabaycan tərəfindən gələn istənilən nəqliyyatın maniəsiz hərəkətinin təmin olunması üzrə öhtəlik var. Dünyada yollara və dəhlizlərə tətbiq olunan praktika var.  Bir yoldan istifadə edərkən mütləq orda yoxlanış mətəqəsindən keçməlisən səhrəd və yaxud gömrük xidmətində yoxlanma olmalıdır.  Bu yola tətbiq olunan praktikadır.  Amma o yerlərdə ki “nəqliyyatın maniəsiz hərəkətini təmin etmək lazımdır” ifadəsi var, artıq Dəhlizə aid olan məsələdir. Çünki orda yoxlama yoxdur, sərhəd  xidmətindən keçmirsən.  Əgər Ermənistan Zəngəzur dəhlizinə nəzarət etməyə israr etsə və  “maniəsiz keçid”Zəngəzur yolunda olmayacaqsa eyni qayda “Laçın karidoru”nda da tətbiq olunmalıdır. 

 

- Rusiya və Ermənistanın maraqlarının üst-üstə düşdüyü müəyyən məsələlər var. Bu gün sərhəd erməni hərbi güclərin toplanılması ilə də müşahidə olunur. Bu nəyə yönəlikdir və prosesdə Azərbaycanın danışıqlarda qazanclı çıxması üçün imkanları hansı səviyyədədir?

 

- Məsələn, delimitasiya və demorkasiya  məsələsi və bir neçə bəndin həyata keçirilməməsi ümumilikdə sülh və stabillik üçün gələcəkdə risklər formalaşdırır. Bunun ən birincisi Azərbaycan ərazilərində olan yaraqlılardır. Yaraqlılar çıxarılmadıqca biz heç bir halda üçtərəfli razılaşmanın  uğurla həyata keçməsini nə iddia edə bilərik, nə də qəbul edə bilmərik. Yaraqlılar mütləq Azərbaycan ərazilərindən çıxarılmalıdırlar. Amma qeyd etdiyim kimi Rusiya  tərəfi bunu yerlərdə asayişi təmin eliyən  polis kimi dəyərləndirir. Belə deyirlər ki, yaraqlılar çıxsalar orda özbaşınalıq, əhalinin təhlükəsizliyi üçün risklər olacaq. Əlbəttə bu izah bizi qane etmir və bütün ərazilərimizdə Azərbaycanın qanunların mövcudluğu təmin olunmalıdır və olacaq. Sərhəddə erməni güclərin yığılmasına bilmirsən sarkazmla yanaşsın, yoxsa gülərək yanaşasan. Bu gün cəmisi 47 minlik ordusunun 11 mini barədə fərarilik üzrə cinayət işi açılan  ordu gəlib Azərbaycan ərazilərində nümayişkaranə toplaşır və orda guya nələrsə keçirir. Əlbəttə ki, bu sobatajdır. Bizim sərhəddə noyabrın 16-da gördüyümüz də sobatajdır. Bunun ardınca  biz Ermənistanın Avropadakı havadarlarının Avropa Parlamentinin erməni lobbisinin total nəzarəti altında hansı saxtakar, haqsız addımları atdığını gördük.  Avropa Parlamentinin üzvləri noyabrın 19-da növbəti dəfə Azərbaycan əleyhinə bəyanata imza atdılar. Avropa Parlamentinin 33 nəfər üzvünün noyabrın 19-da imzaladığı bəyanat son bir il ərzində sərgilənən siyasətin davamıdır. Bəyanatda qeyd edilib ki, “Azərbaycan silahlı qüvvələri noyabrın 16-da Ermənistanın şərq sərhəddi boyunca hücuma keçib, “Ermənistanın ərazi bütövlüyünə qəsd edib”.Bəyanat müəllifləri “Ermənistanın ərazi bütövlüyünə qəsd edilməsinin qarşısını almaq üçün” Avropa İttifaqını bütün rıçaqlardan istifadə etməyə çağırıblar. AP-nin Cənubi Qafqaz əlaqələri üzrə nümayəndəliyinin noyabrın 17-də yaydığı bəyanatda da birmənalı şəkildə Ermənistanın təcavüzkar siyasətinə dəstək verilir. Azərbaycanın sərhəd bölgələrində gömrük xidmətini tətbiq etməsindən narahatlıq ifadə olunur. Bu fəaliyyətlər “Azərbaycan ərazilərindən keçən ermənilərin yollarının çətinləşdirilməsi” kimi qələmə verilir.

“Ədalət və Demokratiya Naminə ÜmumAvropa Erməni Federasiyası” (AAFJD) noyabrın 19-da açıqlama yayaraq Avropa Parlamenti üzvlərinin Azərbycan əleyhinə bəynat yaymasını alqışlayıb. Bunlar noyabrın 29-da da  Brüsseldə Ermənistan səfirliyində görüşərək  33-nəfərin mütləq çoxluğu “irəlidəki addımlarla bağlı nə etmək olar” sualını  qarşılarına qoyublar. EAFJD  Prezidenti deyib ki, bu Ermənistana faydalı olacaq.

Nəticədə ona gəlirik ki, sərhəddə baş verən gərginliyin sifarişçisi Avropadır. Bu sübut edir ki, Avropa Parlamentində bu bəyanatın qəbul olunması ümumi prosesə sobataj idi. Bu Nikol Paşinyana əlində arqumen toplmaq, Soçi və dekabrın 15-də Brüsseldə keçirilən görüş üçün faktlar toplamaq üçün vacib idi.  Bu kimi hallar üçtərəfli razılaşmanı tam tərkibdə həyata keçməyib. Demorkasiya, delimitasiya prosesi bitməyincə sərhəddə belə təxribatlar olacaq. Və sərhəddə belə təxribatların olması ilə regionda bizim formalaşdığımız reallıqlara qarşı yeni hədələr formalaşdırmaq üçündür. Belə bir sənədi ancaq və ancaq Rusiyanın nüfuz və təsiri ilə imzalamaq mümkün olacaq. Aİ-nin lider ölkələrinin, ümumiyyətlə, Aİ-nin bir siyasi təsisat olaraq Cənubi Qafqazdakı proseslərə ciddi təsir mexanizmi mövcud deyil. Proseslərə təsir mexanizmi mövcud olmayan Aİ Azərbaycan və Ermənistan arasında konstruktiv sənədin imzalanmasına necə nail ola bilər?

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol