Soçi görüşünün və bəyanatının ən önəmli cəhətləri nə oldu?

16:28 27-11-2021 | icon 803 | Geopolitika
Soçi görüşünün və bəyanatının ən önəmli cəhətləri nə oldu?

Elçin Mirzəbəyli: "İrəvan şətlər çərçivəsində hərəkət etmək məcburiyyətində qalıb"

 

Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Errmənistanın baş nazirinin iştirakı ilə üçtərəfli görüş baş tutdu və 3 saaat davam edən müzakirərin nəticəsi olaraq, 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinin və dönmədən riayət olunmasının vacibliyinin vurğulandığı bəyanata imza atıldı.

 
 
Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.
 
 
Onun sözlərinə görə, son 11 ay ərzində bölgədə cərəyan edən prosesləri, regiondaxili və xarici qüvvələrin spekulyativ revanşçı davranışlarını, Cənubi Qafqaza münaqişələr vasitəsilə təsir imkanlarının məhdudlaşması ilə barışa bilməyən, illeqal iqtisadi fəaliyyətdən və digər qeyri-qanuni, cinayət xarakterli gəlir mənbələrindən əli üzülən regional, subregional və qlobal subyektlərin pozucu cəhdlərini, uğursuz əzələ nümayişlərini, insan ölümləri ilə nəticələnən hərbi provakasiyaları, saysız-hesabsız digər təxribatları nəzərə alsaq, Soçi görüşünün nəticələri birmənalı olaraq müsbət dəyərləndirilməlidir:
 
 
"Şübhəsiz ki, keçirilməsi noyabrın 9-da gözlənilən və yuxarıda qeyd etdiyim səbəblərdən ertələnən görüşün keçirilməsi və imzalanan sənəd Azərbaycanın konkret fakt daxilində qarşısına qoyduğu məqsədlərə nail olduğunu nümayiş etdirir. Yekun sənəddə rəsmi İrəvanın postmüharibə dövründə revanşçı daxili və maraqlı xarici dairələrə hesablanmış bütün bəyanat və açıqlamalarına rəğmən, “Qarabağ” ifadəsinə, Ermənistanın və istifadəçi-himayəçilərinin “əsir və girov”larla bağlı qondarma iddialarına yer ayrılmayıb. Bu isə rəsmi İrəvanın müzakirə predmetinə çevirmək istədiyi bütün məsələlərin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyini və Ermənistanın növbəti dəfə rəsmi Bakının prinsipial mövqeyi ilə barışmağa məcbur olduğunu nümayiş etdirir. Yekun bəyanatda yer alan daha bir önəmli məqam sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. Burada da Azərbaycanın mövqeyi əsas götürülüb. Fikrimi əsaslandırmaq üçün, Soçidə imzalanan üztərəfli bəyanatın müvafiq hissəsindən iqtibas gətirmək istəyirəm.
 
Beləliklə bəyanatda qeyd olunur: “Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”.
 
Göründüyü kimi, Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı hissələri fərqli müzakirə və icra kontekstindən təqdim olunur. Və bəyanatdan nümunə gətirdiyim hissədən də göründüyü kimi, sərhədlərin delimitasiyası, yəni masa üzərində razılaşdırılması prosesində üçüncü tərəf iştirak etmir. Müzakirələr üçüncü tərəfin, yaxud tərəflərin iştirakı olmadan Azərbaycanla Ermənistan arasında aparılır. Rusiya isə bu prosesə sonradan, həm də tərəflərin sorğusu əsasında, masa üzərində razılaşdırılmış məsələlərin icrası – sərhədlərin demarkasiyası (xətlənməsi) zamanı, məsələhətçi kimi qoşulur. Bu isə, qənaətimə görə, sərhəd dirəklərinin və nişanlarının yerləşdirilməsi zamanı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac duyulduğu halda, Rusiya tərəfinin son zamanlar tez-tez xatırlatdığı hərbi xəritələrə müraciət edilməsiylə bağlı ola bilər".
 
 
E.Mirzəbəyli qeyd edib ki, Ermənistan delimitasiya və demarkasiya ilə bağlı məsələlərin gündəmə gəldiyi ilk gündən prosesdə xarici dairələrin iştirakına zəmin yaratmağa çalışırdı. Gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını şantaj etməklə, sözügedən təsisatı bu prosesə cəlb etmək istəyir, gah da regionankənar qüvvələrin siyasi müstəvidə olsa da belə, aktiv müdaxiləsi üçün çeşidli bəhanələr yaratmağa çalışırdı. Söçidə imzalanan bəyanatdan da göründüyü kimi, rəsmi İrəvan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azərbaycanın irəli sürdüyü şətlər çərçivəsində hərəkət etmək məcburiyyətində qalıb.
 
 
Siyasi şərhçi hesab edir ki, Soçi bəyanatında avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı imperativ məqamların da yer alması, şübhəsiz ki, Azərbaycanın ilk növbədə Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi ilə əlaqədar israrlı mövqeyinin nəticəsidir:
 
 
"Qeyd edim ki, Rusiya prezidentinin mətbuat üçün açıqlamalarında “nəqliyyat dəhlizi” ifadəsinin yer alması, rəsmi İrəvana 10 noyabr bəyanatının 9-cu bəndinin təkrar izahı kimi də qəbul oluna bilər.
Soçi görüşünün və bəyanatının ən önəmli cəhətlərindən biri də, Azərbaycanla Ermənistan arasında bündan sonra da baş tutacaq təmaslarda, o cümlədən dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə olunacaq məsələlərin dəqiq sərhədlərinin müəyyənləşdirilməsidir".
 
 
LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol