Kabusa çevrilən liftlər, günahkar kimdir - Araşdırma

11:34 28-11-2021 | icon 670 | Sosial
Kabusa çevrilən liftlər, günahkar kimdir - Araşdırma

Mütəxəssislərin dediyinə istinad etsək, lift ən təhlükəsiz nəqliyyat növü sayılır. Təbii ki, hər birimiz hətta gündə bir neçə dəfə evdən çıxarkən və iri ticarət mərkəzlərinə daxil olarkən ondan istifadə edirik.

 

Amma zaman-zaman liftlərdə baş verən bədbəxt hadisələr insanları bu nəqliyyat növündən istifadədən çəkindirir. Bəziləri o qədər qorxu hissi keçirir ki, hətta ən yaxın qohumunun evinə liftdən qorxduğuna görə getmir. Bir gün öncə Sumqayıtda liftdə ölümlə nəticələnən bədbəxt hadisə isə insanları bir az da təşvişə salıb.

Hadisə şəhərin Sülh prospektində fəaliyyət göstərən “İntertekstil” ASC-də qeydə alınıb. Belə ki, müəssisənin əməkdaşı, 1956-cı il təvəllüdlü Əliverdiyev Vaqif Əliverdi oğlu binanın 4-cü mərtəbəsində liftin yuxarı çıxmasını gözləyib. Qapı açılıb, lift gəlmədiyindən o, şaxtaya düşərək ölüb. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Bu hadisədən sonra isə insanlar arasında narazılıqlar baş qaldırıb. Liftin qəza vəziyyətində olmasına görə qurumlar ittiham olunub. Yeri gəlmişkən, bütün sivil ölkələrdə lift qəzaları çox nadir hallarda baş verir, çünki bunun üçün son dərəcə məsuliyyət daşıyırlar...

Bəs görəsən, hadisə hansı səbəbdən baş verib? Lift yararsız vəziyyətdə idimi? Buna kim məsuliyyət daşıyır? 

Versus.az Yeni YÜsavata istinadla xəbər verir ki, məsələ ilə bağlı hadisə baş verən “İntertekstil” ASC ilə əlaqə saxlamağa cəhd edilib.  Amma suallara cavab verilməyib. 

Sumqayıtın ən uzunömürlü məmuru, lift təsərrüfatının rəisi: "Özüm də liftdə  qalmışam..." - AÇIQLAMA (FOTOLAR)

Sumqayıt Şəhər “Lift-Servis” Birliyinin direktoru Cümşüd İsmiyev mövzunu belə şərh edib: 

 

“Təəssüf edirəm, şəhərimizdə belə bir hadisə baş verib. Allah rəhmət etsin. Amma həmin fabrikin lifti bizim xidmət ərazimizə aid deyil. Biz onlara xidmət göstərmirik, heç bir əlaqəmiz də yoxdur. Mütəxəssis kimi həmin liftdə baxış keçirməmiş heç bir söz deyə bilmərik. Sumqayıt şəhərində artıq üç ildir bütün liftlər dəyişdirilib. Bütün liftlər intellektual idarəetmə sistemi vasitəsilə işləyir. Bakıda idarəçilik sistemi başqadır. Bakıda əsasən köhnə liftlərdir. Bizim liftlər Bakıdakı liftlərlə müqayisə olunacaq səviyyədə deyil. Sumqayıtda quraşdırılmış sistem MDB məkanında heç bir şəhərdə yoxdur. Sumqayıt şəhərində bir insan liftlər haqqında pis söz deyə bilməz. 33 ildir burada çalışıram. Əvvəllər liftləri oğurlayırdılar, dağıdırdılar. Amma indi bu mümkün deyil, liftlərə 24 saat nəzarət edirik. 24 saat növbətçi kompyüterdən bütün hərəkəti görür, sakinlərin davranışını izləyirik. Bizdə bu cür hadisələr sıfıra bərabərdir. Bina sakinləri liftin düymələri ilə mərkəzlə əlaqə saxlaya bilir, əməkdaşlarımız cavab verir. Liftlərin texniki mühafizəsi olmalıdır, bilmirəm həmin müəssisədə mühafizə var, ya yoxdur. O müəssisə ilə əlaqəmiz yoxdur, bizimlə müqavilə bağlamayıblar. Biz kimə xidmət göstəririksə, pasport götürürük, texniki xidmət edirik. Və o liftlərə xidmət göstərdiyimizə görə də cavabdehlik daşıyırıq”.

İsmiyev əlavə edib ki, əgər liftdə belə bir hadisə baş veribsə, orada mütləq səhlənkarlıq olub: “Ya rəhbərliyin, ya mexanikin, ya da istifadə edənin səhlənkarlığı olub. Lift düzgün istifadə olunsa, düzgün istismar olunsa, ona düzgün qaydada texniki xidmət göstərilsə, liftdə heç bir qəza olması mümkün deyil. Hətta kimsə özünü lift vasitəsilə öldürmək istəsə, belə bu mümkün olmamalıdır. Bu, bizim işimizdə dəmir qanundur. Harada xidmət normaldırsa, orada problem yoxdur. Xidmət göstərmirlər, oradan-buradan kimisə qeyri-peşəkar olanı tapırlar, düzəltdirirlər. Sonda da belə problem yaranır. Amma o liftlə bağlı bir söz deyə bilmərəm, çünki o liftə baxış keçirməmiş, mütəxəssislərin rəylərini öyrənməmiş bir söz deyə bilmərəm. Çünki hansı səbəbdən olması barədə anlayışım yoxdur”.

Mühafizə sistemi haqqında nə bilirik? - Elmar Nurəliyev - MÜSAHİBƏ

Təhlükəsizlik eksperti Elmar Nurəliyev isə liftlərlə bağlı təhlükəsizlik qaydalarından bir çoxlarının xəbərsiz olduğunu deyib: “Liftlər təhlükə potensiallı obyektlər siyahısındadır. Liftlərin istismarına daim nəzarət olunmalıdır. Liftlər rəsmi lisenziyalı şirkətlər tərəfindən quraşdırılmalıdır. Liftlərə xidmət də rəsmi lisenziyalı şirkətlər tərəfindən həyata keçirilməlidir. Liftlərin konstruksiyaları, kabelləri, bunların hamısı sertifikasiyası olan avadanlıqlarla təchiz edilməlidir. Daha sonra liftlərdə təhlükəsizlik sisteminə mütləq cavabdeh şəxslər olmalıdır. Yəni lift hansı müəssisədə  quraşdırılıbsa, mütləq o liftlərin təhlükəsiz istismarına dair məsul şəxslər olur. Onlar daim liftlərin naqillərinin saz vəziyyətdə olmasına, əyləc sisteminin işlək vəziyyətdə olmasına, şaxtaların yararsız hala düşməməsinə, insanların liftdən düzgün istifadə etməsinə, liftdə baş verə biləcək qəzaların qarşısının alınmasına  nəzarət etməlidirlər. Bunun  üçün önləyici tədbirlər planı, liftdə nasazlıq baş verərsə, onun vaxtında aradan qaldırılması üçün tədbirlərin görülməsinə, mütləq həmən şəxslər cavabdehlik daşıyırlar. Nasaz liftlərin istifadəyə verilməsi  təbii ki, yolverilməzdir”.

 

Nurəliyev onu da əlavə edib ki, insanların bilməli olduğu vacib təhlükəsizlik qaydaları var: “Liftdən istifadə edərkən eyni anda iki düyməni basmaq, liftin yuxarı hissəsinə toxunmaq, liftin içərisinin işığı yanmırsa, liftə minmək olmaz. Liftə uşaqlarla minəndə birinci özünüz minib sonra uşaqlar daxil olmalıdır. Ev heyvanları ilə bağlı qayda da var, birinci ev heyvanı, sonra insan daxil olmalıdır. Liftdə güzgü olur, bu güzgülər təhlükəsizlik üçün nəzərdə tutulub. Yəni liftə minən şəxs güzgüdə özünü görmürsə, içəri keçməməlidir. Ola bilər, liftin qapısı açıq qalsın, insan fərqinə varmasın. Bu zaman ayağı boşluğa düşüb şaxtaya düşə bilər. Ona görə güzgüdə özünü görəndən sonra liftdə minsin. Ona görə liftin istismarına mütləq cavabdeh şəxs olmalıdır və liftlərin işlək və saz vəziyyətdə olmasına nəzarət edilməlidir. Fövqəladə vəziyyətdə liftlərdən istifadə edilməsi yolverilməzdir. Bunu cavabdeh şəxslər təmin etməlidir. Məsələn, hər hansı bir qəza hadisəsi baş veribsə, ya da işıqlar sönübsə, fövqəladə vəziyyətdirsə, yanğın təhlükəsi varsa, liftdən istifadə edilməməlidir”.

Afaq 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol