Bakı İƏT-in XV Zirvə Toplantısında nəyə nail oldu?

13:17 29-11-2021 | icon 473 | Geopolitika
Bakı İƏT-in XV Zirvə Toplantısında nəyə nail oldu?

Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı öz işini yekunlaşdırdı. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

 

 

 

Bu istiqamətdə Versus.az-a şərh verən politoloq Turan Rzayev toplantı ilə bağlı maraqlı nüanslara diqqət çəkib.  

 

Politoloq XV Zirvə Toplantısı və onun nəticələri haqda danışmadan öncə qeyd edib ki, İƏT 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq qurumu kimi yaradılıb. Təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına çevrilib. Keçmiş SSRİ dağılandan sonra isə Əfqanıstan, Azərbaycan və 5 Mərkəzi Asiya ölkəsi təşkilata qoşulmaq barədə qərar qəbul edib. Hazırda İƏT-in 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan. 

 

Soçi görüşü və İƏT-in XV Zirvə Toplantısı arasındakı paralellik nədir?..

 

“Soçi görüşününü ardınca, Prezident İlham Əliyev İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etdi. Prezidentin bu məsələni yenidən dilə gətirməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, yeni reallıqlar və formalaşmaqda olan dünya nizamında Zəngəzur dəhlizinin əhəmiyyəti hər gün biraz da artır. Prezident bu məqamı tez-tez müxtəlif ali qrumların tribunasından səsləndirməklə bu dəhliznin təkcə Azərbaycan üçün deyil, regionda marağı olan bütün ölkələr üçün vacib olduğunu başa salmağa çalışır. 

Prinsip etiarilə hazırda Zəngəzur dəhlizi İƏT-in 10 üzvünün də ortaq məsələsidir. Məsələ ondadır ki, bu dəhliz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri baxımından da önəmlidir. Dəhliz faktiki olaraq bir neçə regionu birləşdirən qovşaq rolunu oynayır.

 

İƏT-ə üzv ölkələr də bu dəhlizdən böyük fayda götürə bilər. Azərbaycan onsuz da son illərdə Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Bu imknalardan isə təkcə rəsmi Bakı deyil, regionun bütün ölkələri fayda götürə bilər. Prezidentin Zəngəzur dəhlizi məsələsinin İƏT-in XV Zirvə Toplantısı dilə gətirməsinin bir digər səbəbi də Təşkilat region ölkələrini özündə birləşdirən ən önəmli qurumlardan biri olmasıdır”.

 

Aşqabad Bəyannaməsindəki mühüm detal...

 

T.Rzayev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının yekununda qəbul olunan Aşqabat bəyannaməsinə diqqət çəkib. Onun fikrincə, Aşqabad Bəyannaməsini ümumilikdə rəsmi Bakı üçün uğurlu hesab etmək olar.

 

"Çünki sənəddə Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Belə ki, bəyannamədə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Görüşdə, həmçinin İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı bildirilib.

 

Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bu çox mühüm məqamdır. Belə ki, Azərbaycanı təbrik etmək, eyni zamanda bu ərazilərin Ermənistan tərəfindən işğal edildiyi reallığının qəbul edildiyini göstərir.

 

Azərbaycanı təbrik edən ölkələr bununla həm də rəsmi Bakının 44 günlük müharibədəki mövqeyini dəstəkləmiş olduqlarını açıqca elan etmiş oldu. Digər tərəfdən, Azərbaycanı təbrik edən ölkələr içərisində KTMT üzvü olan ölkələrin olmasında digər bir nüansdır. Bu da ondan xəbər verir ki, Ermənistanla bir təşkilatda yer alan ölkələr özləri də bu ölkəni işğalçı hesab edir və bu məqsəd rəsmi Bakını dəstəkləyir".

 

Türkmən qazı Bakı və Tehran arasındakı buzları əridir

 

 

Politoloq qeyd edib ki, İƏT-in XV Zirvə Toplantısının ardınca liderlər arasında ikili görüşlər baş tutdu. O, bu görüşlərdən ən diqqət çəkən məqamı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan görüşü hesab etdi.

"Bir müddətdə rəsmi Bakı və Tehran arasında davam edən və rəsmi Tehrandan qaynaqlanan soyuq münasibətlər fonunda bu görüşün necə keçəcəyi hər kəs üçün maraqlı idi.

 

Rəisinin sözlərinə Qarabağ məsələsi ilə başlaması və İranda İslam İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır” deməsi Tehranın səhvini anladığı və Bakı ilə gərginliyin uzadılmasının mənasız olduğunu dərk etdiyini göstərir.

 

Hesab edirəm Rəisi “İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyini” deyərək bir müddət öncə aktual olan “şirin quyruğu” məsələsini birdəfəlik qapatmaq istəyir. Prisip etibarilə İranla gərginliyin davam etməsi rəsmi Bakı üçün də arzuolunan hal deyil. Onsuz da məsələnin bu qədər böyüməsi İranın günahı idi. Rəsmi Bakı sadəcə özünü müdafiə edirdi.

 

İndiki halda Azərbaycan üçün İranla gərginlikdən çox əməkdaşlıq daha vacibdir. Məsələ ondadır ki, Türkmənistan ilə Azərbaycan arasında türkmən qazının Azərbaycana ixracı, buradan da Avropa bazarına çıxmasına dair razılıq var. Bunun reallaşması isə hələ ki, İran üzərindən mümkündür”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol