"Ramiz Mehdiyev və Hacıbala Abutalıbov məhkəməyə çağırılsın"

18:25 29-11-2021 | icon 438 | Hadisə
"Ramiz Mehdiyev və Hacıbala Abutalıbov məhkəməyə çağırılsın"

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, R.Quliyevin səhhətində problem var və o, bu səbəbdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində saxlanılır.

 

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət qaldırıb. O, R.Quliyevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılmasını xahiş edib.

 

Eyni zamanda, vəkillər cinayət işi üzrə istintaqda dindirilməyən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun və AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məhkəməyə şahid qismində dindirilməsini istəyiblər.

 

Vəsatətlər təmin edilməyib.

 

Məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

 

Növbəti prosesi dekabrın 9-na təyin edilib.

 

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı