Həyəcan TƏBİLİ
“Narkomaniyadan əziyyət çəkən insanlara tibbi xidmətin göstərilməsi səviyyəsi suallar yaradır”.
Versus.Az xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsi və Ailə qadın və uşaq məsələləri komitəsinin birgə keçirdiyi dinləmələrdə çıxışı zamanı deputat Əhliman Əmiraslanov bildirib.
Səhiyyə komitəsinin sədri deyib ki, bu sahədə böyük problem var:
“Bizim televiziya kanallarımız, media bu işlərin öhdəsindən gələ bilmir. Televiziya kanallarımızda hər şeyə vaxt tapırıq, amma bu məsələyə vaxt ayırmırıq. Hər birimiz bu böyük bəla ilə ciddi mübarizə aparmasaq, hamımızın qapısını döyəcək”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"