Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

14:37 30-11-2021 | icon 507 | Siyasət
Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

“Sanki bunlar eyni mərkəzdən tezislər alırlar”

 

Regionda vəziyyət gərgin olaraq qalır. Soçi görüşündən doğan yeni reallıqlar fonunda növbəti müzakirələr meydana çıxarılıb. Bir çox siyasilər Soçi görüşünün heç bir nəticə vermədiyi barədə iddialarla ictimai fikri çaşdırmağa çalışır. Reallıq isə başqadır.

 

Məsələyə münasibət bildirən politoloqlar şərhlərində reallığa söykənərək danışdılar.

 

 

 

“Tək üçtərəfli deyil, ikitərəfli danışıqlar da oldu”

 

Politoloq Natiq Miri bildirib ki, kimin nə deməsindən asılı olmayaraq Soçi görüşü Azərbaycan üçün müsbət nəticələr verdi.

 

N.Miri əvvəlcə Soçi görüşünə aparan bu 1 illik müddətə və baş verən proseslərə diqqət çəkdi. Onun fikirncə, Soçi görüşü əslində 44 günlük vətən müharibəsindən sonra aparılan proseslərin müzakirəsi və gələcəkdə atılan addımların müəyyənləşməsidir:

 

“Kimin necə yanaşmasından asılı olmayaraq, bu məsələlərin müzakirəsinə böyük etiyac var idi. 10 noyabr ərəfəsində prosesin gedişi ilə bağlı görüşü Ermənistan tərəfi dəfələrlə sobataj etdi. Bundan sonra Ermənistanın müdafiə naziri Moskvanı sobataj edən açıqlamalar verib dedi ki, Azərbaycan tərəfindən bəzi ərazilər işğal olunub. Bu barədə KTMT-na müraciət olunub və Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Armen Qrqoriyan “Rusiya yardım etməzsə başqa xarici qüvvələrə müraciət olunar”- deyə şantaj cümləsi işlətdi.  Buna verilən cavab kimin nə deməsindən asılı olmayaraq, bu gün üçtərəfli sazişdən irəli gələrək Soçi görüşünün içərisindədir”.

 

Politoloq hesab edir ki, məsələyə baxış və bundan sonra atılacaq addımlar müəyyən olunmalı idi:

 

“Bizdə olan məlumata görə Azərbaycanın təkidi ilə proses baş verib. Soçi görüşündə tək üçtərəfli deyil, ikitərəfli danışıqlar da oldu. Bu yöndə də müəyyən irəliləyişlərin olduğunu gördük. Fikir verdinizsə, təkcə bəyanatda deyil, ikitərəfli və mətbuat konfransında Paşinyan dünənə kimi iddia etdikləri heç bir iddialı cümlə işlətmədi. Əlbəttə ki, bu da göstəricidir”.

 

Politoloq bildirdi ki, artıq bizim cəmiyyət, müxalif, yaxud neytral olmasından asılı olmayaraq doğruya doğru deməyi bacarmalıdır:

 

“Birincisi, Soçidə Qarabağ münaqişəsi məsələsi müzakirə olunmadı, ikincisi, status məsələsi gündəmə gətirilmədi, üçüncüsü, “hərbi əsirlərin qaytarılması məsələsi humanitar hüquq çərçivəsində qaytarılmalıdır” fikri səsləndirilmədi. Hansı ki, Paşinyan bu barədə boyundan yuxarı açıqlamalar verimişdi, 4-cü, ATƏT-in Minsk Qrupunun prosesə müdaxiləsi məsələsi gündəmə gətirilmədi, Zəngəzurun dəhliz statusunda açılmayacağı ilə bağlı Paşinyan tərəfindən heç bir fikir bildirilmədi. Məgər uğurun buynuzu olur!? Deyirlər ki, heç bir sənəd imzalanmayıb. Görəsən hansı sənəd imzalanmalıymış. Ortada konkret 10 noyabr, 11 yanvar sənədləri var. Sadəcə, məsələ ondadır ki, qəbul olunmuş bəyannamənin icra olunmasına ehtiyac var. Rusiya Prezidenti də açıqlama verdi ki, “10 noyabr 11 yanvar bəyanatının icra olunmayan bəndləri ardıcıl olaraq yerinə yetirilməldir”. Bu o deməkdir ki, 10 noyabr sənədinin 3 bəndi icra olunub. İcra olunmayan növbəti bənd 4-cü bənddir. Orda erməni silahlı birləşmələrinin çıxarılması yer alır. V.Putin də dedi ki, ardıcıl olaraq yerinə yetirilməyən müddüəlar icra olunmalıdır. Böyük sülh sazişinə yol və onun ən ciddi həlqələrindən biri erməni siahlı qüvvələrinin çıxarılmasıdır ki, bu təminat olmasa hərbi təxribat davam edəcək. Artıq Ermənistana vaxt məhduduiyyəti qoyuldu. Bildirildi ki, ilin sonuna qədər delimitasiya demorkasiya prosesinin icra olunması mexanizmi hazırlanmalı və bəyan olunmalıdır. Bunun üçün növbəti dəfə baş nazirlər səviyyəsində yenidən Moskvada görüşülməsi, razılaşdırılması bildirildi. Komunikasiyaların açılması və Zəngəzur dəhlizi ilə bağlı məsələ ortaya qoyuldu. Nəqliyyat dəhlizlərinin açılmasından danışıldı. Putin Soçidə “Dəhliz2 dedi”.

 

N.Miri bu gün 10 noyabr sənədini ciddi öyrənmədən boğazdan yuxarı danışanları qınadı. O, bəyanatın 6-9-cu bəndində konket ifadələrə diqqət çəkib:

 

“Azərbaycanla Ermənistanla bağlı konkret məsuliyyət məsələsi qoyulub. Söhbət ondan gedir ki, Laçın dəhlizində Azərbaycanın vətəndaşların, yüklərin tam təhlükəsizliyin təmin etmək üçün öhtəliyi var. Söhbət ondan getmir ki, Azərbaycan təhlükəsizliklə bağlı sərhəddə konkret qurumlar yaradıb prosesə nəzarət etməldir. N.Paşinyan bu ifadəni işlətməyi çox sevir. Deyir ki, Ermənistan tərəfi giriş-çıxışla bağlı vətəndaşların təhlükəsizliyinə təminat verir. Beynəlxalq ictimaiyyəti aldadaraq deyir ki, Ermənistan sərhəd-gömrük sanitar gömrük postu yaradıb prosesə nəzarət etməldir”.

 

 

 

 

“Uğurlarımıza sevinmək əvəzinə, qaralamağa çalışırlar”

 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib ki, Soçi görüşü Azərbaycan üçün gözlənilən nəticə ilə bitib.

 

Onun fikrincə, bundan artığı gözlənilmirdi və görüşdə hansı məsələlərin müzakirə olunacağı və hansı qərarların qəbul olunacağı əvvəlcədən elan olunmuşdu:

 

“Hesab edirik ki, bu görüş Azərbaycanın qələbəsi ilə bitdi. Çünki keçən 1 ilə yaxın müddətdə Azərbaycan sərhədlərinin delimitasiya, demorkasiya məsələsinin zəruriliyini deyib.  Ermənistan uzun müddət bundan qaçdı, prosesi ləngitməyə çalışdı. Bunu nəzərə alan Azərbaycan hakimiyyəti ordunu Qaragölə qədər yeritdi və yeni ərazilər tutdu. Təbii ki, bu, Ermənistan əraziləri deyil, çünki sərhədlər müəyyənləşməyib. Bundan sonra ermənilər haray saldılar. Həmin dövrdə Rusiya bəyanat verdi ki, komissiya yaradın, Azərbaycan razılaşdı”.

 

A.Səmədov hesab edir ki, prosesi bilməyən naşı adamlar hesab edirlər ki, hər şey bir dəfəyə həll olunmalıdır:

 

“Bunlar bu naşılıqlarına görə Azərbaycanın da başına bəlalar gətirdilər. Təbii ki, proses ağır gedir. Hər tərəfdən müqavimət var. Qərb hər tərəfdən Ermənistana yardım göstərir. Təbbi ki, o komissiyanın yaradılmasına qaşı Ermənistan hər şeyi elədi. Nəticədə Soçidə onların dedikəri yox, Azərbaycanın qoyduğu məsələ nəzərə alındı. Komissiyanın yaradılması barədə qərar qəbul olundu və prosesləri sürətləndirməyin vacibliyi qeyd olundu”.

 

Partiya sədri diplomatiyada böyük qələbələrin birdən-birə olmadığını önə çəkərək, prosesin vaxt aparacağına diqqət çəkib:

 

“Zəngəzur dəhlizi məsələsini ləngitmək üçün ermənilər hər şey edirlər. Görüşü də ləngitmək üçün Paşinyan hər şey elədi. Bilirik ki, onun günahı üzündən görüş bir neçə dəfə təxirə salındı. Məhz bu görüşün olması özü Azərbaycanın uğurudur. Ən əsası Ermənistanın qaldırdığı məsələlərin heç biri orda öz əksini tapmadı. O məsələlər ki, Azərbaycan qoymuşdu, onlar qəbul olundu. Nə əsirlər məsələsi, nə guya Azərbaycanın 44 günlük  müharibədə Ermənistanın ərazilərini işğal etməsi məsələsi... Paşinyan Soçidə qəribə bir bəyanat verib dedi ki, sərhədlər hələ delimitasiya, demorkasiya olunmayıb, ancaq dövlət sərhədi məlumdur. Azərbaycan da o sərhədi 44 kilometr keçirb. Çox təəsüüf ki, eyni bəyanatı Əli Kərimli də verdi. Dedi ki, sərhədlər müəyyən olunmayıb, amma məlum sərhədlər var, Azərbaycan o sərhədi keçib. Sanki bunlar eyni mərkəzdən tezislər alırlar. Bu nə deməkdir, sərhədlər müəyyən olunmayıbsa, nə cür məlum ola bilər. Əli Kərimli bunu hardan bilir. Çox təəssüf ki, Azərbaycanda belə siyasətçilər də var və onlar ən xırda addımlarımıza, uğurlarımıza sevinmək əvəzinə çox ciddi uğurlarımızı qaralamağa çalışırlar”.

 

A.Səmədov hesab edir ki, Soçi görüşü istdədiyimiz kimi başa çatdı və bundan sonra da Azərbaycanın addımlarını möhkəmləndirməliyik.

 

 

 

“Öncəki iki görüşdə də bunlar söz verilmişdi, amma...”

 

Politoloq Teymur Qasımlı bildirib ki, Soçi görüşü 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamıdır.

 

Onun sözlərinə görə, üçtərəfli görüş öncəsi verilən təhlillər düz çıxıb. Belə ki Putin qeyd edib ki, “istərdik tərəflər Brüsselə gedənə qədər bütün problemləri həll etsinlər". T.Qasımlı vurğuladı ki, üçtərəfli görüşdən əvvəl Şarl Mişel ilə Putin arasında danışığın gərgin olması da bir daha təsdiqlədi ki, Soçi görüşü Brüssel görüşünə qarşı olub:

 

“Prezident İlham Əliyev üçtərəfli görüşdən sonra bildirib ki, "bu görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda təhlükəsizlik şəraiti yaradacaq". Eyni zamanda bəyanatda bildirilib ki, nəqliyyat dəhlizinin açılması sərhədlərin delimitasiya və demarkasiyası ilə paralel şəkildə gedəcək. Buna görə də, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsinə dair ikitərəfli komissiya yaradılması nəzərdə tutulub. Həmçinin Rusiya sərhədlərin müəyyənləşməsində iştirak edə bilər. Məhz buna görə, bəyanatda Rusiyanın bu məsələdə tərəflərin xahişi ilə onlara yardım göstərməsi bəndi yer alıb”.

 

T.Qasımlı əlavə edib ki, Soçi görüşü öncəki Kreml və Moskva görüşləri kimi olmayacaqsa, bunu bizim üçün uğurlu hesab etmək olar:

 

“Bundan sonrakı siyasi prosesləri izləmək və atılacaq addımları görmək lazımdır. Çünki öncəki iki görüşdə də bunlar söz verilmişdi, amma yerinə yetirilmədi. Soçi görüşündə ölkə Prezidentinin dediyi fikirlərdən və mətbuata verilən bəyanatlardan gəlinən nəticə budur ki, müəyyən mənada uğurlar əldə olunub və Azərbaycan tərəfi Soçi görüşündən məmnun qalıb. Bundan sonra Ermənistan və Rusiyanın görüşdə götürdükləri öhdəlikləri yerinə yetirmələrini arzu etməliyik”.

 

 

 

“Soçi görüşünü sülhə aparan yol kimi dəyərləndirmək olar”

 

Politoloq Məhəmmməd Əsədullazadə isə deyib ki, Soçi görüşünü sülhə aparan yol kimi dəyərləndirmək olar. Onun fikrincə, Soçidə keçirilən Azərbaycan, Ermənistan, Rusiya liderlərinin görüşündə nəqliyyat əlaqələrinin, komunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və humanitar əlaqələrin inkişafı istiqamətində ümumi bəyanat qəbul olunub.

 

Politoloq qeyd edib ki, Ermənistanın baş naziri sərhədlərin demarkasiya və delimitasiyasına razılaşdırılıb. Eyni zamanda, Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan arasında münasibətlər bəyanat kimi qəbul olunub və hələ ki konkret olaraq bir sənəd imzalanmayıb:

 

“Buna baxmayaraq, Soçi görüşünü sülhə aparan yol kimi dəyərləndirmək olar. Soçi bəyanatı gözlədiyimiz kimi oldu. Çünki burada hər-hansı sülh müqaviləsi, ciddi bir sənədin imzalanması gözlənilmirdi. Sadəcə, dekabrın 15-də Avropa İttifaqının Prezidenti Şarl Mişelin sədrliyi ilə keçiriləcək görüşdən əvvəl Rusiyə önə keçib və belə bir bəyanatın razılaşması ilə nəticələnib”.

 

 

 

“Siyasi çəkisi olmasa da, uduzacağımız heç nə yoxdur”

 

Politoloq Samir Hümbətov bildirdi ki, Soçi görüşünün ciddi siyasi çəkisi olmasa da, Azərbaycanın uduzacağı heç nə yoxdur.

 

Onun fikrincə, əksinə, Azərbaycanın sərhədlərinin müəyyənləşməsi ilə bağlı bir işıq ucu yarandı:

 

“Görüşün sonunda bir bəyannamə oldu. Amma bu sənədin imzalanması heç də hansısa tərəfin məğlub, yaxud da qalib olması anlamına gələ bilməz. Əslində bizim əlimizdə 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar üçtərəfli bəyannamələri var. Onların icrası məsələsi bizim üçün önəmlidir. Əslində Soçidə imzalanmış sənəd tərəflərin Brüssel görüşündə müzakirə edəcəyi məsələlərin müzakirəsi idi”.

 

Soçidə delimitasiya və demokrasiya məsələsinin önə çəkilməsinə gəlincə, politoloq o fikrin əvvəldən formalaşdığını dedi:

 

“Sadəcə olaraq, Putin tələskənlik edərək Brüsseldə keçiriləcək görüşü qabaqlamağa çalışdı. Brüsseldən qabaq fürsəti özü dəyərləndirmək istədi. Soçi görüşündən sonra Şarl Mişel zəng edib Putinlə danışdı. Bunlar hamısı önəmli məsələdir. Soçidə Azərbaycanın nəsə itirməsi ilə bağlı fikirlərin səslənməsini doğru hesab eləmirəm. Çünki burda Azərbaycanın itirəcəyi bir şey yoxdur. Azərbaycan qalib tərəfdir və sonda da Azərbaycanın istədiyi olacaq. Ərdoğanın Aşqabad toplantısında dediyi fikirlər onu göstərir ki, bu məsələ Türkiyənin nəzarətdindədir. Soçidə keçirilən görüşün əsas məqsədi Paşinyanı masada oturtmaq idi. Çünki o, əvvəl  müəyyən bəhanələrlə görüşdən yayınmışdı.

Lakin Soçi görüşündə delimitasiya, demorkasiya prosesində işıq ucu yarandı. Hesab edirəm ki, Qərbin prosesə cəlb olunması prosesi uzada bilər. Bunları ciddi şəkildə nəzərə almaq lazımdır”. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin