“Omikron” artıq 20 ölkəyə yayılıb
Koronavirusun “omikron” ştammı ilə yoluxma halları artıq 20 ölkədə müəyyən edilib.
Bunu ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Entoni Fauçi brifinqdə bəyan edib.
O, həmin ölkələrdə 226 yoluxma halının aşkarlandığını vurğulayıb.
Fauçi ABŞ-da hələ ki, yeni ştamma rastlanmadığını da bildirib.
Qeyd edək ki, hazırda koronavirusun “omikron” variantı Avstraliya, Belçika, Botsvana, Kanada, Çexiya, Danimarka, Almaniya, Çin (Honq-Konqda), İsrail, İtaliya, Hollandiya, Portuqaliya, Cənubi Afrika, İsveç və Böyük Britaniya (İngiltərə və Şotlandiyada) kimi ökələrdə müəyyənləşdirilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"