Azərbaycanlı idmançı dünya çempionu oldu

08:13 01-12-2021 | icon 396 | İdman
Azərbaycanlı idmançı dünya çempionu oldu

ABŞ-da yaşayan azərbaycanlı idmançı Elgün Xanoğlanlı Tunisin Hammamet şəhərində keçirilən Budo döyüş sənəti (qaydasız döyüş-red) üzrə dünya çempionatının qalibi olub.

 

Versus.Az xəbər verir ki, o, 60 kq çəkidə rəqibi tunisli döyüşçü Ellouzi Sabeuri məğlub edərək Budo üzrə dünya çempionu adını qazanıb. Bununla da E.Xanoğlanlı professional rinqdə beşinci böyük qələbəsinə imza atıb.

 

E.Xanoğlanlı müsahibəsində rəqibini boğucu fəndlə qısa vaxtda məğlubiyyətə uğratdığını deyib:

 

“Beynəlxaq yarışda 45 ölkədən yüzlərlə idmançı iştirak edirdi. Yarışda iştirak edən bütün idmançılar ən güclülər idi. Qələbəmi Azərbaycan bayrağını səmaya qaldıraraq qeyd etdim. Uzun illərdir ABŞ-da yaşasam da, yarışlara Azərbaycan təmsilçisi olaraq qatılıram. Yarışda Azərbaycan Budo Döyüş Növləri Federasiyasının 10 idmançısı iştirak edirdi. Azərbaycan beynəlxalq yarışda 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazandı. İdmançılarımız İbrahim Məmmədov (70 kq), Xəyal Quliyev (85 kq) və Azər Məmmədov (95 kq) yarışda qızıl medallar qazandılar. Həmçinin Azər Əhmədov (75 kq) və Xəyal Quliyev (80 kq) ikinci yerə, Elvin İsrafilov isə üçüncü yerə layiq görüldü”.

 

E.Xanoğlanlı növbəti beynəlxalq yarışa hazırlaşdığını deyib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı