“Omikron” ştamının əsas TƏHLÜKƏSİ
Koronavirusun “Omikron” ştamının əsas təhlükəsi insan orqanizmi tərəfindən istehsal olunan antikorların adətən birləşdiyi hissələrdə çoxlu sayda mutasiyaların olmasıdır. Digər ştamlara qarşı artıq formalaşmış immunitet “omikron”la mübarizədə təsirli olmaya bilər.
Versus.Az xəbər verir ki, bu barədə “Lenta.ru”ya Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru, biologiya elmləri doktoru Ança Baranova məlumat verib.
Bioloq qeyd edib ki, Honkonqda xəstəxanaya yerləşdirilən “omikron” ştamlı xəstələr artıq tam peyvənd olunublar. Onun sözlərinə görə, bu, köhnə vaksinlərin yaratdığı immunitetin yeni varianta qarşı təsirli olmayacağını göstərir:
“Məlum olub ki, antikorlar S-zülalını etibarlı şəkildə tanıya bilmir, yəni virusun ətrafında yapışıb onu zərərsizləşdirə bilmirlər. Bu, böyük təhlükədir, xüsusən Honkonqda “omikron”a yoluxmuş insanların tam peyvənd olunduğunu bildiyimiz halda”.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"