İranla yaxınlaşmaq İsraillə münasibətlərə təsir edə bilərmi?

09:28 02-12-2021 | icon 597 | Geopolitika
İranla yaxınlaşmaq İsraillə münasibətlərə təsir edə bilərmi?

Politoloqlar "Bu, İsrail-Azərbaycan münasibətlərini zədələyə bilməz" deyir 

 

İran-Azərbaycan münasibətlərində bir müddət müşahidə olunan gərginlik aradan qaldırıldı. Ardınca münasibətlərdə sürətli istiləşmə prosesi start götürdü. Noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevlə İran prezidenti Seyid İbrahim Rəisi arasında keçirilən görüş isə münasibətlərdə yeni bir mərhələnin başlandığının göstəricisi oldu. Tərəflər iki ölkənin dostluq-qardaşlıq münasibətlərinin daha da yüksək səviyyədə inkifaş etdiriləcəyini bildirdilər.

 

Azərbaycanın İranla sürətli yaxınlaşması ölkəmiz üçün siyasi, iqtisadi, geopolitik baxımdan nə vəd edir? Regionun böyük, qüdrətli ölkəsi olan İran Azərbaycan üçün nə anlama gəlir? Və bir də, İranla yaxınlaşmaq bizim ən ciddi və etibarlı müttəfiqimiz olan İsraillə aramızı sərinlətməz ki? İlham Əliyevin xarici siyasəti həm öz ölkəsini əlverişli mövqeyə çıxarır, həm region dövlətlərinin münasibətlərinin normallaşmasını təmin edir. Tehranla Bakının bu cür yaxınlaşması İsrailin də maraqlarına uyğun gəlirmi? Gəlməsə, İsraillə Azərbaycanın münasibətləri zədələnə bilərmi?

 

"İranla yaxınlaşmaq İsraillə münasibətlərimizə əngəl yarada bilməz"

 

Politoloq Yeganə Hacıyeva bildirib ki, Tehran yeni reallıqda formalaşan proseslərdən məqsədli şəkildə özünütəcrid yolunu tutmuşdu və bunun əsası İran hakimiyyətindəki ənənəvi dini-hərbi dairələrin ölkənin resursları üzərində nəzarəti itirməsi qorxusu dururdu.

 

Politoloqun sözlərinə görə, uzunmüddətli hesabda İranın izolyasiyası daha da dərinləşəcəkdi və bu məqamlar üzərindən daxildə onsuz da nüfuzu kifayət qədər silkələnmiş, hakimiyyəti bölmüş hər iki qrup - mühafizəkar və islahatçı qüvvələr sürətlə nüfuzdan düşürdu:

 

"İran hakimiyyəti üçün Azərbaycanla gərginlik günlərində sosial medianın İran seqmentində iranlıların mövqelərini izləmək kifayət etdi ki, vəziyyətin ciddiliyini anlasınlar və doğru qərar versinlər. İlham Əliyevin balanslaşdırma siyasəti həm öz ölkəsini əlverişli mövqeyə çıxarır, həm region dövlətlərinin münasibətlərinin normallaşmasını təmin edir. İranın Azərbaycanla münasibətdə səbəbkar olduğu gərginliyin aradan qalxmasında Azərbaycanın prinsipiallığı, ölkə rəhbərinin regionla bağlı risklərin zamanında və mükəmməl dəyərləndirməsi və bu riskləri likvidasiyası üçün bazaların daha öncədən formalaşdırması rol oynadı. Bu prosesdə ən əsas məqam regionda yeni şərtlərdə risklərin düzgün dəyərləndirilməsi və onların ilkin fazada həlli taktikasının uğurlu qurulması idi. Etiraf etmək lazımdır ki, Azərbaycan Prezidenti belə taktikaların qurulmasının mahir ustasıdır. Azərbaycanın balanslı siyasəti milli maraqlar, qarşılıqlı faydalılıq, hamı ilə əməkdaşlıq fəlsəfəsi əsasında durur. Bu fəlsəfə coğrafiyamızda Azərbaycanın maraqlarına toxunmayan, zədələməyən hamıya tətbiq edilir. Burada İrana xüsusi bir isti münasibət, xüsusi bir imtiyaz axtarmaq lazım deyil. Amma biz Azərbaycan olaraq qəbul edirik ki, regional sülh və stabillik bütün iştirakçıların maraqlarınin təmin olunması çərçivəsində meydana gəlir. İranla münasibətləri məhz bu kontekstdən dəyərləndirmək lazımdır".

 

Y.Hacıyevanın fikrincə, İranla yaxınlaşmaq bizim ən ciddi və etibarlı müttəfiqlərimizdən olan İsraillə münasibətlərimizə əngəl yarada bilməz:

 

“Azərbaycan cəmiyyətində İsraildə səfirliyimizin olmamasının əsas səbəbi kimi  İranın etirazının nəzərə alınması fikri formalaşsa da bu belə deyil. Azərbaycanın İsraildə indiyədək səfirlik açmamasının tək səbəbi müsəlman dünyasından özünə yönəlik dəstəyi itirməmək istəyidir. Azərbaycan bu məsələdə Türkiyə nümunəsini  əsas götürüb, çünki Türkiyə 1950-ci illərin axırlarında İsraillə olduqca isti münasibətlər qurduğu üçün 1960-cı illərdə qabaran Kipr məsələsində beynəlxalq arenada müsəlman dövlətlərinin dəstəyini ala bilməmişdi. Məhz bu fakt üzərindən müsəlman ölkələr həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin digər beynəlxalq platformalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair hər zaman Azərbaycanı dəstəklədilər. Sırf bu fakt üzərindən Azərbaycan daha ağıllı  strategiya seçərək, İsrail ilə münasibətləri müxtəlif kanallarla ən yüksək səviyyəyə çatdırmış,  səfirliyin açılması məsələsini isə daha yaxşı zamanlara qədər təxirə salmışdır. Yəni daxildə bunu kimin necə təqdim etməsindən asılı olmayaraq bizim İsraillə münasibətlərimizin formalaşmasında İran heç vaxt hər hansı bir təsiredici faktor kimi rol oynamayıb. İsraillə Azərbaycan arasında həmişə  dost bağları olan ikitərəfli münasibətlər  mövcud olub və bu gün var. Bu illər ərzində Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində İsrail həmişə Azərbaycanın yanında olub. Azərbaycan İsraillə ikitərəfli strateji və iqtisadi əlaqələri geniş olan azsaylı müsəlman ölkəsindən biridir. Bundan sonra da belə olacaq".

 

"Münasibətlərin yaxşı olması onların hər ikisinin marağı üçün vacibdir"

 

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yenicag.Az

 

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan-İran münasibətlərinin sıx əməkdaşlıq, dostluq səviyyəsində olması mütləq və labüd idi.

 

Politoloqun fikrincə, nəzərə almaq lazımdır ki, Azərbaycanla İranı təkcə qonşuluq yox, eyni zamanda bir sıra dərin köklər, çox mühüm amillər bağlayır:

 

"Bu iki ölkə arasında yaxın əlaqələr, sıx münasibətlər onların hər ikisi, eyni zamanda bütün region üçün lazımdır. İran-Azərbaycan münasibətlərində iqtisadi əlaqələr həmişə yüksək olub və bundan hər iki tərəf qazanıb. Gələcəkədə İranla ticarət dövriyyəsi daha da artacaq. Geopolitik baxımdan isə Azərbaycanla İranın münasibətlərinin yaxşı olması onların hər ikisinin marağı üçün vacibdir".

 

Ekspert hesab edir ki, Azərbaycan-İran münasibətlərində yaxınlaşma Azərbaycan-İsrail münasibətlərinə heç bir formada mənfi təsir göstərməz:

 

“Azərbaycanın İsraillə də dostluq münasibətləri yüksək səviyyədədir və belə də davam edəcək. Baxmayaraq ki, Azərbaycanın İsraillə dostluq əlaqələri zaman-zaman İranda yanlış qəbul edilib, ancaq Azərbaycan-İsrail əlaqələri heç zaman İrana qarşı olmayıb. İsrail bir dost ölkə olaraq Azərbaycanın balanslı siyasət kursuna həmişə hörmətlə yanaşıb, Azərbaycanın böyük cənub qonşusu ilə münasibətlərinin təbii olduğunu anlayışla qəbul edib. Bundan sonra da yəqin ki, belə olacaq. İsrail əmindir ki, Azərbaycanın İranla siyasi, iqtisadi əməkdaşlığı İsrailə qarşı deyil. Əvvəllər də Azərbaycanın İranla sıx iqtisadi əlaqələri olub və bu əlaqələr İsrailə qarşı zərrə qədər də yönəlməyib və İsraillə aramızda heç bir problem yaratmayıb. Azərbaycanın hər hansı bir dövlətlə əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib. Azərbaycanın yürütdüyü siyasi xətt budur. Bu siyasət ən uğurlu siyasətdir. Aşqabadda İranla imzalanan qaz sazişi də İsrail-Azərbaycan münasibətlərini zədələyə bilməz”. /"Yeni Müsavat"/

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi