Rusiya VAXT VERDİ

10:12 02-12-2021 | icon 376 | Dünya
Rusiya VAXT VERDİ

"Ya iki aya tərk edin, ya da..."

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, üç ildən artıqdır paytaxt Moskvada olan ABŞ səfirliyinin əməkdaşları 2022-ci il yanvarın 31-dək şəhəri tərk etməlidirlər.

 

Versus.az xəbər verir ki, Zaxarova ABŞ-ın atdığı addımları tam olaraq deportasiya hesab etdiklərini, eyni şəkildə də cavab vermək istədiklərini qeyd edib.

 

Zaxarova bunun Rusiyanın seçimi olmadığını, ABŞ-ın onları bu oyunu oynamağa məcbur etdiyini bildirib: "Əgər Birləşmiş Ştatlar üç illik qaydadan əl çəkməsə və gələn ilin iyuluna 1-nə qədər güzəştə getməsə, ABŞ Dövlət Departamentinin elan etdiyi saya bərabər işçilər göndəriləcək".

 

 
Zaxarova əlavə edib ki, ABŞ-ı tərk etməli olan rus diplomatlara üç il müddətinə Rusiyadakı diplomatik qurumlarda işləmək qadağan edilib.

 

Daha əvvəl 2022-ci il yanvarın 30-na kimi 27 rusiyalı diplomatın ailələri ilə birlikdə ABŞ-ı tərk edəcəyi açıqlanmışdı. Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov da bu addıma mütləq cavab verəcəklərini bildirib. ABŞ Dövlət Departamentinin sözçünün müavini Jalina Porter iddia edib ki, rusiyalı diplomatların ölkəni tərk etməsi onların deportasiyası kimi qəbul edilməməlidir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...