"Ermənistan istəsə də, istəməsə də bu sənədlər imzalanacaq"

20:32 29-11-2021 | icon 446 | Siyasət
"Ermənistan istəsə də, istəməsə də bu sənədlər imzalanacaq"

Fərəc Quliyev: "Müzakirələr hansı masada olursa olsun, hədəfimizdən geri çəkilməyəcəyik"

 

Vəziyyət hər gün dəyişir. Ermənistanın masada proseslərdən qaçmasına baxmayaraq, Azərbaycan sahədə öz işini görür. Bu gün faktiki olaraq sərhədlərin müəyyənləşməsi ilə bağlı ilkin işlər görülüb. Nə qədər maneə olmağa çalışsalar da, Azərbaycan Prezidenti dediyi kimi, heç kim bizi öz mövqeyimizdən çəkindirə bilməz.

 

Versus.Az xəbər verir ki, bunu Milli Dirçəliş Hərəkatı Partiyasnın sədri Fərəc Quliyev Soçidə baş tutan üçtərəfli görüşdən sonra yaranmış vəzxiyyətlə bağlı açıqlamasında bildirib.

 

Partiya sədri qeyd edib ki, bu gün Azərbaycanın müttəfiqi Türkiyə artıq bölgədə müəyyən məsələlərin həll olunmasına ciddi şəkildə əl qoyub. Onun fikrincə, bu gün Türkiyə-Rusiya münasibətləri elə bir səviyyədədir ki, ən çox  maneə törədə biləcək Rusiya faktoru da aradan çıxıb:

 

“Kommunikasiyaların açılması və başqa məsələlərdə Rusiyanın öz maraqları var və bu maraqları təmin etmək üçün Ermənistanı toqquşmalara cəlb elədi və sülhməramlı imicini göstərməyə çalışdı. Bəllidir ki, Ermənistan Rusiyanın forpostudur. Rusiya artıq bu mövqeni qoyub ki, sərhədlər müəyyənləşməlidir. Bunun hansı xəritələr üzərində olacağı isə artıq müzakirə predmetidir.  Kommunikasiyalar açılmalı, Zəngəzur dəhlizi ilə bağlı məsələlər həll olunmalıdır.  Və düşünürəm ki, 10 noyabr bəyanatının 4-cü, 9-cu və digər bəndlərinə yavaş-yavaş əməl olunacaq”. 

 

F.Quliyev hesab edir ki, bu müstəvidə müəyyən səbəblər üzündən prosesin uzanması ilə bağlı ortaya atılan fikirlər yanlış ehtimaldır. Partiya sədri, ümumiyətlə sərhədlərin delimitasiyası, demarkasiyasının vaxt aparan məsələ olduğu qənaətindədir:

 

“Azərbaycan-Gürcüstan sərhədlərində və yaxud başqa dövət sərhədlərində mübahisəli ərazilər olub və olacaq. Azərbaycan – Ermənistan sərhəddi isə ümumiyyətlə olmayıb. Ermənistanla Azərbaycan arasında inzibati sərhədələr olub. Sovet dönəmindən, savaş başlayandan sonra ermənilər gəlib Azərbaycan ərazilərində yol salıb, kəndlər salıb, istədiklərini edib, əraziləri mənimsəyiblər.  Ona görə də ermənilər delimitasiya və demarkasiyada maraqlı deyil.  Bilirlər ki, bütün hallarda tutduqları yerdən geri çəkilməlidirlər. Buna görə də proses uzana bilər. Amma qeyd etdiyim kimi,  Ermənistanın masadan nə qədər qaçmasına baxmayaraq biz sahədə işimizi görmüşük. Ona görə də  kimin necə proqnoz verməyindən asılı olmayaraq artıq daşlar yerində oturub.  Artıq Zəngəzur dəhlizinin açılması may ayına nəzərdə tutulur. Artıq sərhədlərin delimitasiyası ilə bağlı xəritələrin tarixləri müəyyənləşir. Proseslər ağır getsə də bizim xeyrimizədir.  Avropanın prosesə əl qoyması görüşlərin təşkili də bəzi fiqurların kənarda qalmamağını imtitasiya etsə də, Rusiya açardır. Putin deyəndə ki, xəritələr bizdədir, bu o deməkdir ki, açar bizdədir, onu başqa yerdə axtarmayın. Biz Rusiyaya çox reaksiya göstərmirik, çünki bizə nəticə lazımdır”.

 

Partiya sədri qeyd edib ki, Azərbaycan imperiyaya daxil olanda hansı sənədlə daxil olubsa, o sənədlə də çıxmalıdır:

“Putin özü də deyirdi ki, hansı ölkə hansı ərazi ilə SSRİ-yə daxil olubsa, onunla da çıxmalıdır. O Krımın 1954-cü ildə Ukraynaya verilməsinə işarə edirdi. Amma bu bütün respublikalara şamil olunmalıdır. Ona görə də ermənilər bu məslədə çox narahatdırlar. Əslində məsələləri uzadan da bu amillərdir”.

 

Ermənistanda olan etirazlara və Avropa Şurasının Azərbaycan və Ermənistan rəsmilərini görüşdürmək istəklərinə toxunan partiya sədri aktivləşən maraqlı qüvvələrin Azərbaycan üçün narahatlıq yarada bilməyəcəyini qeyd edib:

 

 “Paşinyan noyabrın ilk həftəsinə təyin olunan üçtərəfli görüşə gəlmədi. Azərbaycan tərəfi isə o görüşdə iştirak eləməkdən imtina eləmədi. Ona görə də görüşün başqa ölkədə keçirilməsi Rusiyanın Azərbaycana qarşı  aqressiyası və yaxud da küsəyənliyinə gətirib çıxarmaz. Azərbaycan istənilən müstəvidə görüşə hazırdır. Əvvəla biz qalib tərəfik, digər dərəfdən 10 noyabr bəyanatının bütün bəndlərinə əməl eləmişik. Bəndlər Ermənistan tərəfindən icra edilmir və burda da günahkar Rusiyadır. Rusiya Ermənistanı bu bəndlərin icrasına məcbur eləməliydi. Bu bir il ərzində biz Laçın dəhlizini açdıq, onlar Zəngəzuru açmayıblar. Rusiya silahlıları regiona daxil olanda paralel erməni silahlıları ordan çıxmalı idi. Ona görə də diskonfort və qarşıdurma olacaqsa, Ermənistan və Rusiya arasında olacaq”.

 

F.Quliyev bildirib ki, bundan sonra aparılan müzakirələr hansı masada müzakirə olunursa olsun, Azərbaycan öz hədəfindən geri çəkilməyəcək. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür