Azərbaycanın “demokratiya” sammitində iştirak etməməsi faciə deyil - Ekspert

21:58 02-12-2021 | icon 465 | Geopolitika
Azərbaycanın “demokratiya” sammitində iştirak etməməsi faciə deyil - Ekspert

ABŞ İnsan hüquqlarının qoruyucusu ambissiyasını sübut eləməyə çalışır.

 

 

Versus.az hafta.az-a istinadla xəbər verir ki, bunu siyasi şərhçi Teymur Qasımlı ABŞ-ın dekabrın 10-da keçirəcəyi “Demokratiya sammiti”, “qonaqların” xüsusilə seçilərək Türkiyə və Azərbaycanın kənarda saxlamasının səbəblərinə münasibət bildirərkən deyib.

 

T. Qasımlı sammitin məqsədinə toxunarkən  ABŞ-ın “Demokratiya” sammitini bundan öncə Trampın beynəlxalq arenada  demokratiya və insan hüquqlarına vurduğu zərbələr əsasında keçirildiyini deyib.  

 

Onun fikrincə, “Demokratiya” sammitinin keçirilməsi Rusiya Çinə Qarşı koalisiya yaratmaq məqsədi daşıyır.

 

“ABŞ Rusiya və Çinə qarşı özünə bir cəbhə yığır. Çünki Çinin yüksəlişi, Rusiyanın əsasən Ukrayna və Yaxın Şərqdəki mövqeləri müəyyən mənada ABŞ-ın maraqlarına toxunmağa başlayıb.

 

Burada Azərbaycan və Türkiyənin iştirak etməməsinin səbəbi də ABŞ-ın istəklərinin  Azərbaycan və Türkiyə tərəfindən qəbul edilməməsidir:

 

“ABŞ Türkiyə İlə Azərbaycanı da öz yanında görmək istəyir.  Türkiyənin S-400-dən imtina etməməsi, Rusiya-Türkiyə yaxınlaşması, hər ikisinin Qafqazda, Suruyada əməkdaşlıq etməsi, digər tərəfdən daxildəki müəyyən siyasi proseslər ABŞ-ın istəkləri ilə uyğun gəlmir”.

T.Qasımlı eyni zamanda hesab edir ki, demokratiya insan hüquqları məsələlərini ölkələr öz daxili işləri olaraq həll etməlidir. Onun fikrincə, insan hüquqları prinsipləri, hüquqların qorunması super güclərin əlində bir alət olaraq dövlətlərə qarşı təzyiq elementi kimi istifadə olunur. Bu mənada Azərbaycanın o sammitdə iştirak etməməyi faciə deyil.

 

Tahirə Qafarlı 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol