45 milyona yaxın insan ac qala bilər

07:53 03-12-2021 | icon 595 | Maraqlı
45 milyona yaxın insan ac qala bilər

Dünyanın 43 ölkəsindən 45 milyona yaxın insan aclıq problemi ilə üzləşə bilər.

 

Bu barədə BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin 2022-ci il üçün Qlobal Humanitar İcmalında qeyd edilir.

 

“Yenidən hədsiz dərəcədə yoxsulluq artmaqdadır. 43 ölkədə 45 milyon insan üçün aclıq qorxulu perspektiv olaraq qalır”, - deyə sənəddə bildirilir.

 

Vurğulanır ki, dünyanın ən ehtiyacı olan insanlara yardım göstərmək üçün 41 milyon dollar lazımdır:

 

“2022-ci ildə dünyada ümumilikdə 274 milyon insan təcili yardım və müdafiə ehtiyacı ilə üzləşəcək ki, bu da ötən illə müqayisədə 17 % çoxdur. Ən çox ehtiyacı olan 173 milyon insana kömək və qoruma təmin etmək üçün 41 milyon dollara ehtiyac olması gözlənilir”.

 

BMT baş katibinin humanitar məsələlər üzrə müşaviri Martin Qriffitsin sözlərinə görə, iqlim dəyişikliyi böhranı ilk növbədə daha çox əhalinin ən həssas təbəqələrinə zərbə vurur. Qriffits dünyanın müxtəlif yerlərində qeyri-sabitliyin daha da pisləşdiyini qeyd edərək, bununla bağlı Əfqanıstan, Efiopiya və Myanmanı xatırladıb.

 

“Pandemiya hələ bitməyib, yoxsul ölkələr peyvəndlərdən məhrumdur”, - deyə o əlavə edib.

 

İcmalda dünya əhalisinin 1 %-dən çoxunun köçkün vəziyyətinə düşdüyünə diqqət çəkilir.

 

2022-ci ilin Qlobal İcmalına Əfqanıstan, Haiti, Yəmən, İraq, Kolumbiya, Liviya, Mali, Myanma və Ukrayna da daxil olmaqla 63 ölkə üçün 37 cavab planı daxildir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...