MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

08:56 03-12-2021 | icon 547 | Siyasət
MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Məqsədləri ölkədə siyasi sabitliyi pozmaqdır”

 

Müasir Müsavat Partiyası (MMP) ötən gün Fəvvarələr Meydanında keçirilən aksiyada baş verən hadisə ilə bağlı bəyanat yayıb.

 

Bu barədə Versus.Az-a partiyanın Mətbuat Xidmətindən bildirilib.

 

Bəyanatda deyilir:

 

“MMP olaraq hesab edirik ki, Fəvvarələr Meydanında keçirilən aksiyada muxalifətçi, Birinci Qarabağ müharibəsinin qazisi Tofiq Yaqubluya qarşı bu cür əxlaqsız, zorakı hərəkət Azərbaycan xalqına, dövlətinə qarşı hərəkətlərdir. Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəyə kölgə salmaq istəyən qüvvələr öz özbaşınalıqlarını davam etdirirlər. Dövlətçiliyimizə qarşı yönələn bu böyük təxribatların arxasında heç şübhəsiz ki, “5-ci kolon”un nümayəndələri durur. Məqsədləri ölkədə siyasi sabitliyi pozmaqdır.

 

MMP bəyan edir ki, Azərbaycanın dünyanın demokratik dövlətləri arasında nüfuzdan salınmasına hesablanmış məlum təxribatın məhz 30 noyabrda baş verən helikopter qəzasından sonra aksiya zamanı həyata keçirilməsi müəmmalar doğurur. Prezidentin gözlənilən Brüsell səfəri ərəfəsində bu cür çirkin hadisələrin törədilməsi qəbuledilməzdir.

Biz MMP olaraq bu günə qədər Azərbaycan dövlətçiliyini müdafiə etmişik, bundan sonra da dövlətçiliyə qarşı atılan bütün xəyanətkar hərəkətləri ifşa edəcəyik.

Biz aksiyada baş verənləri qətiyyətlə pisləyir, bu cür halların təkrarlanmamasını arzu edirik.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin