Prezident Xankəndini ona etibar etdi

09:51 03-12-2021 | icon 342 | Siyasət
Prezident Xankəndini ona etibar etdi

"Bu təyinat Qarabağın bərpası və dirçəldilməsi işinə yeni impuls verəcək”

 

Qarabağdan olan deputatlar Emin Hüseynovun yeni təyinatının  işğaldan azad olunan torpaqların bərpasına və dirçəldilməsinə yeni impuls verəcəyinə inanırlar

 

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

 

Qeyd edək ki, Qarabağ iqtisadi rayonu bu ilin iyununda Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmanda qeyd edilirdi ki, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla, özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir. Bundan əvvəl mövcud olmuş Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli və Xankəndi şəhərini əhatə edirdi.

 

Emin Hüseynovun təmsilçiliyə rəhbərlik etdiyi qısa müddətdə Ağdam şəhərinin Baş Planı təqdim olunub, rayonda quruculuq, bərpa işləri aparılıb. Ərazinin minalardan, hərbi sursatlardan təmizlənməsi fasiləsiz olaraq davam etdirilir. Eyni zamanda Ermənistanın işğal illərində  rayona vurduğu iqtisadi, ekoloji, mədəni ziyanın qiymətləndirilməsi prosesi aparılıb. Gözlənilirdi ki, işğaldan azad edilmiş hər rayon üzrə xüsusi nümayəndə təsis ediləcək. Amma belə görünür ki, Prezidentin etimadını doğruldan E.Hüseynova daha böyük görəv verilməsi qərara alınıb.

 

Aqil Abbas spikeri “Rövnəq Abdullayevin müdiri” adlandırdı » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

 

Versus.az xəbər verir ki, deputat Aqil Abbası Emin Hüseynovun  Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi təyin olunması çox təqdir edib:

 

Emin Hüseynov Ağdam üzrə xüsusi nümayəndə kimi öz üzərinə düşən işləri çox yüksək səviyyədə həyata keçirib. Onun bu yaxşı təcrübəsi bundan sonra digər işğaldan azad olunmuş rayonlarımızda da tətbiq olunacaq. Bu isə o deməkdir ki, həmin rayonlarımızda da quruculuq, bərpa işləri Ağdamdakı kimi çox yüksək səviyyədə və sürətlə həyata keçəcək. Mən sonuncu dəfə noyabrın 29-da Ağdama səfər etmişəm və Emin Hüseynovla onun ofisində görüşmüşəm. Əvvəla, onu deyə bilərəm ki, Emin Hüseynov çox savadlı, işə can yandıran, Ağdamı, Qarabağı sevən və çox sadə bir insandır. Son səfərimdə də şəhərdə görülən işlərlə tanış olmuşam. Hər səfərimdə Ağdamın qurulmasında irəliləyişi görmüşəm. Emin Hüseynovun işi Prezident tərəfindən yüksək qiymətləndirildi. Qısa zaman ərzində Emin Hüseynov Prezidentin etimadını doğrultmağı bacardı. O, özünü Ağdamda əsl ağdamlı kimi göstərir-Ağdamı doğma yurdunu quran kimi qurur, işə son dərəcə ürəklə yanaşır. Mən, açığı, bu adamın işgüzarlığına və sadəliyinə heyranam. Çox sevinirəm ki, onu Qarabağ üzrə xüsusi nümayəndə təyin etdilər. Yəqin ki, ofisi yenə də Ağdamda olacaq və o, yeni vəzifəsinin də öhdəsindən məharətlə gələcək. Rayonlarımızın qurulması kimi vacib bir işə öz töhfəsini verəcək”.

 

A.Abbas işğaldan azad edilən rayonlarda sürətli tikinti-quruculuq işlərinin daha da sürətli getməsi üçün çox sayda işçi qüvvəsinə ehtiyac olduğunu dedi və bu məsələ ilə bağlı təklifinin olduğunu açıqladı: 

 

“Böyük iş gedir, sadəcə olaraq, çox sayda işçi qüvvəsinə ehtiyac olacaq. Təklifim budur ki, sovet dövründə mövcud olan tələbə inşaat dəstələri təcrübəsindən yararlanmaq lazımdır. SSRİ-də ilk dəfə tələbə inşaat dəstəsini Azərbaycanda Politexnik İnstitutunda Nadir Abbasov adlı bir oğlan yaradıb. Sonra bu təcrübə bütün Azərbaycana və SSRİ-yə yayıldı. Hətta Nadir Abbasova bu işə görə Brejnevin dövründə  orden verdilər. İndi Azərbaycanda tələbə inşaat dəstələrini yaratmaq vaxtıdır. Yeni gənclər və idman naziri bu məsələnin həlli üçün addımlar atmalıdır. Azərbaycan gəncləri gedib döyüşürsə, yay aylarında gedib Qarabağda inşaat işlərində də çalışar və buna görə əmək haqqı da alar. İki ay inşaatla məşğul olan tələbələrin aldığı maaş onların xeyli məsrəflərini də qarşılaya bilər”.

 

Ceyhun Məmmədov – Xeyirxahlıq mücəssəməsi

 

Cəbrayıl rayonunun deputatı Ceyhun Məmmədov isə bildirib ki, Emin Hüseynovun təyinatı strateji addımdır:

“Qarabağda quruculuq bərpa işlərinin koordinasiyalı şəkildə həyata keçirilməsinə ehtiyac var idi. Ağdamdakı fəaliyyəti Emin Hüseynovun bu işləri həyata keçirmək üçün ən uğurlu kadr olduğunu isbat edir. Emin Hüseynov Ağdamda bir çox işləri çox uğurla həyata keçirdi. Artıq Ağdamda sürətli quruculuq işləri həyata keçirilir. Bununla yanaşı Ağdama davamlı olaraq ayrı-ayrı ölkələrin səfirləri, beynəlxalq qurumların nümayəndələrinin, jurnalistlərin səfərlərinin təşkilinin şahidi oluruq. Emin Hüseynovun kifayət qədər böyük təcrübəsi və iş bacarığı var. Mən əminəm ki, Emin müəllimin təcrübəsi digər rayonlarımızın quruculuq işlərində öz sözünü deyəcək. Bu təyinatın bəhrəsini görəcəyik”.

 

Bəxtiyar Sadıqov: “Xalq Cümhuriyyətinin liderləri vətəni və  vətənlərindəkiləri söydülərmi?” | Report.az

 

Ağdamın deputatı Bəxtiyar Sadıqov isə bildirib ki, Prezident İlham Əliyev Qarabağın bərpası prosesini daim diqqət mərkəzində saxlayır. İşğalda azad olunan rayonlar üzrə xüsusi nümayəndə təyinatı da Prezidentin bu işə necə ciddi yanaşdığının bir göstəricisidir:

“Ağdam daxil, digər azad olunan rayonlarımızda çox böyük işlər gedir. Ağdamda bu işlərə Prezidentin nümayəndəsi olaraq məhz Emin Hüseynov çox uğurla rəhbərlik edir. Xüsusi nümayəndə Cənab Prezidentin tapşırıqlarını, layihələrin yüksək səviyyədə icrasını uğurla həyata keçirib. Biz rayona səfərlərimizdə bunun canlı şahidi oluruq. Rayona gələn xarici qonaqlara, yerli qonaqlara bələdçiliyi də Emin müəllim çox yüksək səviyyədə həyata keçirir. O, qonaqlara ermənilərin Ağdamda törədiyi vandallığı göstərir, izah edir, həm də görüləcək işlər barədə məlumat verir. Onun yorulmadan həvəslə çalışdığını izləyirik. Prezident Qarabağ iqtisadi rayonu üzrə Emin Hüseynovu xüsusi nümayəndə təyin etməklə ona etimadının yüksək olduğunu göstərdi. Emin Hüseynovun təyinatı Qarabağın bərpası və dirçəldilməsi işinə yeni impuls verəcək”. /“Yeni Müsavat”/

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı