Dünya çempionumuz İranda hərbi xidmətə çağırılıb

11:30 03-12-2021 | icon 339 | İdman
Dünya çempionumuz İranda hərbi xidmətə çağırılıb

Sabah bir illik fasilədən sonra Azərbaycanda taekvondo üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürəcək.

 

Versus.Az xəbər verir ki, aparıcı idmançılarımızdan I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Ayxan Tağızadə, Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Milad Beiqi və Olimpiya çempionu, dünya və Avropa çempionu Radik İsayev bu birincilikdə iştirak etməyəcək.

 

Bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev bildirib:

 

“Ayxan Tağızadənin dizində zədə olduğu üçün ötən ay əməliyyat olunub. Milad Beiqi hazırda İrandadır. Onun İran qanunvericiliyinə görə, hərbi xidmət məsələsi var. Əslində ağır çəki dərəcələrində kifayət qədər yetərsay olmadığından, onun gəlib, yenidən İrana qayıtmasını istəmədik. Radik İsayev də hazırda Rusiyadadır. O da yarışda çəki dərəcəsində rəqabət üçün yetərsay olmadığı üçün iştirak etməyəcək. Digər legionerlərimizdən Həşim Məhəmmədov və Patimat Abakarova isə yarışda mübarizə aparacaq. Həşimdə pasport problemi vardı. Artıq həmin məsələ həll olunub”.

 

Qeyd edək ki, yarışda bu gün çəkiölçmə mərasimi keçiriləcək. Sabah və dekabrın 5-i yarışda kişi və oğlanlar arasında böyüklər arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarış Sumqayıt Olimpiya Kompleksində keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin