Nazir sərhədboyu cəmləşdirilmiş qüvvələrin sayını açıqladı

15:18 03-12-2021 | icon 427 | Dünya
Nazir sərhədboyu cəmləşdirilmiş qüvvələrin sayını açıqladı

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkə sərhədləri boyu cəmləşdirilmiş Rusiya qüvvələrinin miqdarını açıqlayıb.

 

Versus.az virtualaz.org-a istinadən xəbər verir ki, nazir Ali Radada çıxışı zamanı hazırda bu qüvvələrin ümumi sayının 94 min 300 əsgərdən ibarət olduğunu deyib.

 

“Rusiya son bir il ərzində dalğavari taktikadan istifadə edir. Əvvəlcə qüvvələr cəmləşdirilir, sonra onların bir hissəsinin geri çəkildiyi görüntüsü yaradılır, ardınca yeni qüvvələr yeridilir”,-nazir bildirib.

A.Reznikov qeyd edib ki, Rusiya il ərzində artıq ikinci dəfədir Ukrayna sərhədləri boyu irimiqyaslı cəmləşmə həyata keçirir. Bundan əvvəlki cəmləşmə şəxsi heyətin bir hissəsinin geri çəkilməsi ilə nəticələnib, amma texnika qalıb. “Hazırda Ukrayna ətrafında, o cümlədən işğal edilmiş Krımda 41 batalyon-taktiki qruplaşması döyüşə hazır vəziyyətdə gözləyir”,-müdafiə naziri deputatları məlumatlandırıb.

 

 

Reznikov dəqiqləşdirib ki, 8 batalyon-taktiki qruplaşması Krıma əlavə olaraq yeridilib. Onun sözlərinə görə, hazırda Rusiya ordusu Ukrayna sərhədləri boyu fəal kəşfiyyat aparır, habelə qoşunların və texnikanın qış şərtlərinə uyğun maskalanmasını həyata keçirir. Eyni zamanda Moskva Azov-Qara dəniz regionunda da hərbi iştirakını artırır. Hazırda Rusiyanın bu regiondakı qüvvələri eyni vaxtda Ukrayna sahillərinə 3 min canlı qüvvə və 250 texnika çıxara bilər. Reznikov vəziyyətin “həyacanverici olduğunu” vurğulayıb. Deyib ki, Rusiya ordusunun Ukrayna sərhədləri boyu manevrlərini təkcə onlar izləmirlər: “Ona görə də sürprizlər olmayacaq”.

 

Nazir bildirib ki, Ukrayna ordusu Rusiya ordusunun ən çox ehtimal edilən hücum istiqamətlərində öz mövqelərini möhkəmləndirir.

 

Xarici işlər naziri Dmitri Kuleba isə özünün Facebook səhifəsində ukraynalıları əmin edib ki, Qərb Rusiyanın mümkün hərbi təcavüzünə qarşı konkret cavab tədbirləri hazırlayır. Onun sözlərinə görə, bunlardan biri Rusiyaya qarşı əvvəllər tətbiq edilməmiş sanksiyalar paketi olacaq. Kuleba Qərbin Rusiyaya cavab vermək üçün üç istiqamətdə işlədiyini deyib.

 

 

“Qərb Rusiyanın nəzərinə çatdırmaq istəyir ki, Ukraynaya müdaxilə Rusiyanın özü üçün ciddi nəticələrə gətirib çıxaracaq. Ardınca Rusiyaya zərbə vuran iqtisadi sanksiyalar gələcək. Və ən başlıcası Ukraynanın Qərb ölkələri ilə hərbi tərəfdaşlığı möhkəmlənəcək”,-xarici işlər naziri bildirib. Kuleba əlavə edib ki, Qərb Rusiyaya Ukraynaya müdaxilə etməzdən əvvəl iki dəfə yox, üç dəfə düşünməli olduğu barədə siqnallar göndərir.

 

ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin sədri, general Mark Milli də Rusiyanın Ukraynaya hərbi müdaxilə təhlükəsindən danışıb. Onun sözlərinə görə, Rusiya qoşunlarının Ukrayna sərhədləri boyu cəmləşdirilməsi və hərbi müdaxilə təhdidi Vaşinqtonun ciddi narahatlığına səbəb olur. General bildirib ki, ABŞ və NATO Ukraynaya Rusiya hərbi müdaxiləsinə imkan verməyəcək.

“Çünki xəritə üzərinə ABŞ-ın və NATO üzvlərinin milli təhlükəsizlik maraqları qoyulub”,-Mark Milli deyib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...