“Bir adam gündə 3 səhifə yazar, daha 70-80 yox”

17:42 03-12-2021 | icon 358 | Siyasət
“Bir adam gündə 3 səhifə yazar, daha 70-80 yox”

Siyavuş Novruzov: "Müəlliflik hüququ ilə bağlı məsələlərə diqqət ayrılmalıdır”

 

“İnstitut direktoru əməkdaşın, elmi rəhbər digərinin kitabını, məqaləsini öz adına çap edir”.



Versus.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin komitə sədri Siyavuş Novruzov bildirib.

 

S. Novruzovun sözlərinə görə, bəzən kitablara baxanda məlum olur ki, bir adam bir gündə 70-80 səhifə yazıb:

“Bu da mümkün deyil. Bir adam bir gündə 3 səhifə, təbi gələr, uzağı 10 səhifə yazar, daha 70-80 səhifə yox. Yəni gündə 70-80 səhifə yazılıbsa, plagiatdır. Ona görə də müəlliflik hüququ ilə bağlı məsələlərə diqqət ayrılmalıdır”.

 

Komitə sədri nəzərə çatdırıb ki, bu gün kitab çapı ilə bağlı çoxsaylı müraciətlər olur:

 

“Bizə də müraciətlər olur. Ancaq hazırda kitab çapının müxtəlif formaları var. Elektron qaydada internetdə yerləşdirilə və pulunu ödəməklə insanlar o kitabla tanış ola bilərlər”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür