Brüssel masasına yatırılacaq ŞƏRTLƏR

17:55 03-12-2021 | icon 354 | Qarabağ
Brüssel masasına yatırılacaq ŞƏRTLƏR

Qabil Hüseynli: "Brüssel görüşü həmçinin Soçi görüşü ilə də yarışır"

 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın ATƏT-in Nazirlər Konfransı çərçivəsində İsveçdə görüşü gözlənilir. 



Dekabrın 15-də isə Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyan Brüssüldə Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində görüşəcək.

 

İsveç və Brüssel masalarında hansı məsələlər olacaq?

 

Politoloq Qabil Hüseynli açıqlamasında bildirib ki, dekabrın 15-dəki görüşdən əvvəl nazirlərin bir araya gəlməsi qanunauyğundur:

 

“Çünki yüksək səviyyəli görüşlərdən əvvəl XİN rəsmiləri bir-biri ilə əlaqədə olmalıdır. Burada danışıqlar prosesində hansı məsələlərin çıxarılması müzakirə olunacaq. Son vaxtlar Qərb, xüsusilə də Avropa İttifaqı sərhədlərin demarkasiya və delimitasiya məsələsi ilə daha çox maraqlanır. Güman edirəm ki, XİN nümayəndələrinin görüşündə də bu məsələ gündəmə gələcək. Amma ağırlıqlı olaraq humanitar məsələlərə Azərbaycan daha çox meyillidir. Çünki bəzi problemlər Soçi görüşündə həllini tapıb. Sülh prosesinin bütün məqamları Soçi görüşündə formalaşıb. Amma bununla birlikdə Avropa İttifaqı da sərhədlərin müəyyənləşməsində iştirak etmək istəyir. Əlavə olaraq, nazirlərin görüşü ərəfəsində ABŞ dövlət katibi Entoni Blinken Stokholmda tərəflərə müraciət etdi”.

 

Ekspertin sözlərinə görə, Qərbin sülhyaratma istəyi bölgədə yaxın gələcəkdə sülhün olacağından xəbər verir:

 

“Əslində Qərb ölkələri ilə Rusiya arasında bir növ yarış gedir. Hər iki tərəf Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırmasında iştirak etmək istəyir. Bu yarışda Qərbin başında gedən Fransadır ki, həm də açıq şəkildə Ermənistanı müdafiə edir. Bu da Azərbaycan tərəfini qıcıqlandıran məsələdir. Hər halda görüşdə Azərbaycan Qərbin sülh və maraqlarını öyrənmək imkanına malik olacaq. Bununla tərəflərə obyektiv yanaşmanın da şahidi olacağıq. Brüssel görüşü həmçinin Soçi görüşü ilə də yarışır. Bunu nəzərə alaraq deyə bilərik ki, daha çox humanitar məsələlərin həll ediləcəyini təxmin etmək olar. Bu məsələlər də əsirlərin, mina xəritələrinin verilməsi və sair olacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI