Avtoxuliqan həbs edildi

11:46 04-12-2021 | icon 162 | Hadisə
Avtoxuliqan həbs edildi

Lənkəranda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən “Qaz 33”ün sürücüsü saxlanılıb.

 

Bu barədə Versus.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında rayon ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər yol hərəkəti iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb.

 

Axşam saatlarında Lənkəran rayon sakini Ceyhun Seyfiyevin idarə etdiyi “Qaz 3302” markalı yük avtomobili ilə rayon ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkət qaydalarını davamlı şəkildə pozduğu müəyyən edilib. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb. 

 

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyətı üzrə Rayon Məhkəməsinə göndərilib.

 

Rayon Məhkəməsinin qərarı ilə C.Seyfiyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

“Azərbaycan Nəşriyyatı" özəl quruma çevrilir

Abşeron İcra Hakimiyyətinə yeni rəhbər təyin edildi

32 il qabaq törədilən sovet-rus qətliamı və doğan ideologiya

Həm Şuşaya, həm də Ağdama gedə biləcəyik

Onların da maaşı ARTDI

"Azərbaycanın Fransadakı səfiri geri çağırılsın"

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

Ombudsmandan beynəlxalq qurumlara MÜRACİƏT

"Əli Əliyev qırmızı cizgini keçdi"

"20 yanvar" -qisas gününə gedən yol...